SON XƏBƏRLƏR

İRANIN KEÇMİŞ PREZİDENTİ İSLAM və İNQİLAB İDEYALARININ MƏHV OLMAQ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ QALA BİLƏCƏYİNİ VURĞULAYIB

2021.10.20, 07:36
İRANIN KEÇMİŞ PREZİDENTİ İSLAM və İNQİLAB İDEYALARININ MƏHV OLMAQ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ QALA BİLƏCƏYİNİ VURĞULAYIB

Gunaz.tv
KEÇMİŞ PREZİDENT İSLAM və İNQİLAB İDEYALARININ MƏHV OLMAQ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ QALA BİLƏCƏYİNİ VURĞULAYIB xatemi_15dekabr2008_1.jpg İranın keçmiş prezidenti (1997-2005) Məhəmməd Xatəmi dekabrın 15-də Tehran Universitetində tələbələrlə görüşüb. «Media forum» saytının məlumatına görə, vətəndaşları, o cümlədən tələbələri ölkənin siyasi həyatında fəal iştiraka çağıran M.Xatəmi ölkədə hökm sürən vəziyyətdən narazı olduğunu bildirib: «Ölkədə vəziyyət belə davam etsə, nəinki hər hansı bir inkişafdan söhbət gedə bilməz, əksinə, yoxsulluq, ayrı-seçkilik, ədalətsizlik kimi problemlər gündən-günə daha genişlənəcək və İrana qarşı təhdidlər də artacaq. Bu, islam və inqilab ideyalarının məhvinə də gətirib çıxara bilər və onları təhlükə ilə üz-üzə qoya bilər». İran xalqının azadlıq uğrunda diktatorluğa qarşı apardığı yüzillik mübarizəyə toxunan keçmiş prezident xalqın bu hədəflərə qismən nail olduğunu vuğulayaraq deyib: «Biz elə bir sistemə yiyələnmək istəyirdik ki, taleyimizə özümüz hakim olaq. Elə bir cəmiyyət ki onda yoxsulluq və ayrı-seçkilikdən əsər-əlamət olmasın. Bütün xalqlar öz hüquqlarına malik olsunlar və cəmiyyətdə əxlaq hakim olsun. İnqilabdan sonra cəmiyyətdə qismən dəyişiklik əmələ gəlib. Heç bir dəyişikliyin baş vermədiyini iddia etmək insafsızlıqdır. Lakin gəlin görək öz hədəflərimizə tam çatmışıqmı? Yoxsulluğu, ayrı-seçkiliyi və ədalətsizliyi cəmiyyətdən silə bilmişikmi? Həqiqi azadlığı cəmiyyətə hakim etdirə bilmişikmi? Azadlıq ocağı sayılan universitetlərimiz, görəsən, özünü azad hiss edirmi? Və nəhayət, görəsən, hakimiyyətdəki qüdrəti qorxmadan tənqid etmək mümkündürmü?»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar