SON XƏBƏRLƏR

1 ölkə + 2 müharibə = 904 milyard dollar

2021.10.20, 07:36
1 ölkə + 2 müharibə = 904 milyard dollar

Gunaz.tv
1 ölkə + 2 müharibə = 904 milyard dollar abs-esgerleri.jpg Amerika İraq və Əfqanıstan müharibələrinə bu qədər xərcləyib ABŞ 2001-ci ildən bu yana Əfqanıstan və İraq müharibələrinə 904 milyard dollar xərcləyib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə strateji və büdcə xərcləri müstəqil Mərkəzinin (CSBA) hesabatında bildirilir. ABŞ təkcə İraq müharibəsinə 687 milyard dollar xərcləyib. Bu, ABŞ-ın İkinci dünya müharibəsi istisna olmaqla bütün digər müharibələrə bir yerdə xərclədiyi məbləğdən çoxdur. Əfqanıstan müharibəsi isə Ağ Evə 184 milyard dollara başa gəlib. CSBA qeyd edir ki, hərbi kontingentin azaldılmasının nəzərdə tutulmasına baxmayaraq 2018-ci ilə qədər İraq və Əfqanıstan müharibələrinə ümumi xərclər 1,3 - 1,7 trilyon dollara kimi artacaq. Hökumətin borc öhdəlikləri üzrə ödənişləri də bu məbləğin üstünə gəlinsə, xərclər 2 – 2,5 trilyona qədər arta bilər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar