SON XƏBƏRLƏR

Türkiyədə ermənilərdən üzr istənilməsi aksiyasına qarşı etirazlar başlayıb

2021.10.20, 07:36
Türkiyədə ermənilərdən üzr istənilməsi aksiyasına qarşı etirazlar başlayıb

Gunaz.tv
Türkiyədə ermənilərdən üzr istənilməsi aksiyasına qarşı etirazlar başlayıb ozur_diliyorum_015dkbr.jpg Aksiyanı başladan təqaüdçü səfirlər yaydıqları bəyanatda “Sülhün yolu güzəşt deyil” - deyib Türkiyədə bu gün start verilən “ermənilərdən üzr istəyirəm” kampaniyasına qarşı etirazlar başlayıb. Ölkə KİV-lərinin yaydığı məlumata görə, təqaüddə olan səfirlər bəyanat yayaraq, bu təşəbbüsə etirazlarını bildiriblər. Səfirlər bu aksiyanın haqsız, səhv və milli maraqlara zidd addım hesab edir:“Belə səhv və birtərəfli bir təşəbbüs tariximizə qarşı böyük hörmətszlik, eyni zamanda terror təşkilatlarının Osmanlı dövlətinin son dövrlərində və Cumhuriyyət tarixində törətdikləri hadisələrdə şəhid olan insanlarımıza xəyanət deməkdir. Muharibə şəraitində baş vermiş 1915-ci il böyük erməni köçünün acı nəticələri olsa da, türklərin də erməni üsyanları və onların törətdikləri terror hadisələri zamanı verdiyi itki ermənilərdən az deyil. Bu gün Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin düzəlməsi tələb olunur. Amma bunun yolu birtərəfli üzr istəmək yox, tərəflərin bir-birlərinin sərhədlərini və torpaq bütünlüklərini tanımasıdır. Sülhün yolu güzəşt deyil. Əks təqdirdə təktərəfli üzr istənilməsi yersiz bir hərəkət olacaq və bu, tarixi həqiqətlərə ziddir. Bu vəziyyət milli maraqlarımıza ziyan vura bilər”. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar