SON XƏBƏRLƏR

Danimarka Xarici İşlər Nazirliyi Güney Azərbaycanda vəziyyəti öyrənmək ücün Tehrandakı səfirliyindən məlumat istəyib

2021.10.20, 07:36
Danimarka Xarici İşlər Nazirliyi Güney Azərbaycanda vəziyyəti öyrənmək ücün Tehrandakı səfirliyindən məlumat istəyib

Gunaz.tv
Danimarka Xarici İşlər Nazirliyi Güney Azərbaycanda vəziyyəti öyrənmək ücün Tehrandakı səfirliyindən məlumat istəyib. Danimarkada fəaliyyət göstərən Güney Azərbaycan İnsan Hüqüqları Komitəsinin təmsilcisi Şahin Ostaljoo (Ustaclının) verdiyi məlumata görə İranda milli fikrinə görə həbs edilən jurnalist Şahnaz Qulaminin mudafiəsi ilə bağlı yaradılmış komitə imza toplama kompaniyasını davam etdirməkdədir.Artıq imza toplama kompaniyası nəticə verməkdədir. Şahin Ostaljoo-nin aciqlamasına görə Danimarka Xarici İşlər Nazirliyindən Güney Azərbaycanda son vaxtlar baş verən hadisələrlə bağlı müdafiə komitəsınə məktub daxil olub.Məktubda qeyd edilir ki,"Danimarka Baş Nazirinin əmri ilə Xarici işlər Nazirliyinə tapşırılıb ki,bu ölkənin İranda fəaliyyət göstərən səfirliyindən Güney Azərbaycanda vəziyyətlə bağlı və həbs edilən insanlar haqqında bilgı istənilib.Sonra Nazirliyin məktubunda qeyd edilir ki,biz Xarici İşlər Nazirliyi olaraq Güney Azərbaycanda problemləri yaxindan izləyirik və Avropa Birliyinin üzvü olaraq dəfələrlə İran dövlətinə etrazlarımızı bildirmişik. Məktubun sonunda yazılır kı,Xarici İşlər Nazirliyi bundan sonra milli fəal həbsdə olan Şahnaz Qulaminin məsələsini diqqətdə saxlayacaq və şəxsən məşğul olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar