SON XƏBƏRLƏR

MİSİR İRANI İTTİHAM EDİB

2021.10.20, 07:36
MİSİR İRANI İTTİHAM EDİB

Gunaz.tv
MİSİR İRANI İTTİHAM EDİB ahmedebulqeyt.jpg Əhməd Əbülğeyt Misirin xarici işlər naziri Əhməd Əbülğeyt İranın Orta Şərqdəki siyasətini kəskin tənqid edərək Tehranı bu bölgədə öz hegemonluğunu digər xalqlara zorla qəbul etdirməkdə günahlandırıb. «Media forum» saytının məlumatına görə, dekabrın 14-də jurnalistlərə açıqlamasında Ə.Əbülğeyt deyib: «İranlılar özlərinə xas ideologiyanı bölgədə yaymağa və onu zorla başqalarına qəbul etdirməyə çalışırlar. Onlar öz məqsədlərini gerçəkləşdirmək üçün fələstinlilərdən də istifadə edirlər». Misir xarici işlər nazirinin bu sözləri İrana yaxınlığı ilə tanınan «Həmas» qrupunun Qəzzə zolağındakı fəaliyyətinə işarə kimi qiymətləndirilib. Bundan əvvəl İranda Sistemin Məsləhətini Müəyyələşdirən Qurumun rəhbəri Haşimi Rəfsəncani Misiri Rəfəh keçid məntəqəsini bağlı saxladığı üçün kəskin qınamışdı. Rəfəh Misirlə Qəzzə zolağı arasında yerləşir. Dekabrın 8-də İranda «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) qüvvələrinin üzvləri Misirin Tehrandakı nümayəndəliyi qarşısında toplaşaraq Misir, İsrail və ABŞ-a qarşı etiraz aksiyası keçirmiş, Misirin İsraillə əməkdaşlığını pisləyən bəyanatla çıxış etmiş, Misir prezidentini «Həmas» qrupunu Qəzzə zolağında mühasirəyə almaqda günahlandıraraq «Hüsnü Mübarəkə ölüm»» şüarını səsləndirmişdilər. Dekabrın 9-da İranın Qahirədəki nümayəndəsi Misir Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi eiraz notası təqdim edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar