SON XƏBƏRLƏR

YUNANISTANDA VƏZİYYƏT GƏRGİN OLARAQ GALIR

2021.10.20, 07:36
YUNANISTANDA VƏZİYYƏT GƏRGİN OLARAQ GALIR

Gunaz.tv
YUNANISTANDA VƏZİYYƏT GƏRGİN OLARAQ GALIR yunanistan_numayish.jpg Yunanıstanda yeniyetmənin qətli ilə bağlı oturaq aksiya keçirən bir qrup şəxs mitinqin əvvəlcə dinc xarakter daşıdığını bildirsə də, daha sonra polisə içərisində yandırıcı maddə olan şüşələr və daş parçaları ilə hücum ediblər. Onlar yeniyetmənin öldürülməsində ittiham edilən polislərə ən sərt cəzanın verilməsini və yeniyetmənin cəsədinin ballistik ekspertizasının tezliklə açıqlanmasını tələb edib. Paytaxt Afinada məhkəmə binası qarşısında baş verən iğtişaşları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edilib. Müxalifətçilər isə nazirlər kabinetinin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar