İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Walla: İsrail mənbəsi raket hüumundan sonra İranın “ağır zərbə alacağını” bildirib
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
İrandan İsrailə doğru raketlər atılıb
Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
İranda xaşxaş əkini rekord həddə çatıb
Ermənistan baş naziri Bakıya gəlmək istəyir
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”
İranın görünməyən liderinə Pakistandan məxfi mesaj
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
Güneyli məhbuslarla bağlı yeni imza kampaniyası; 81 ildən çox həbs cəzasına etiraz
Güney Azərbaycanlı fəalin hökmü təsdiqlədi; Təbriz etirazlarının dosyesi yenidən gündəmdə
Güneyli fəalın şərti azadlıq tələbi qəbul edilmədi
Abbas Lisani və Yusif Kari ədaltsiz məhkəmədə iştirak etməkdən bir daha imtina ediblər
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
İranda qatar biletlərinin də qiyməti artdı
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ İran milli komandasının məsullarına viza vermədi
İranda manat bahalaşdı
Küveyt İranın hücumlarını suverenliyin pozulması kimi qiymətləndirib
“Rosneft” rəhbəri: İran müharibəsindən ən çox ABŞ neft şirkətləri faydalanır
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
İranda məişət texnikasının qiyməti yenidən artdı
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib
ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçməsinə kömək edib
Azərbaycanlı vəkilə qarşı yeni ittiham irəli sürülüb
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Tramp: ABŞ yaxın vaxtlarda İranla müharibəni saziş və ya sərt üsullarla başa çatdıracaq
ABŞ İranın hərbi hədəflərinə zərbələr endirib
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın Bəhreyn və Küveytə atdığı raketləri zərərsizləşdirib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
"Zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır" Dekabrın 12-də 21 Azər hərəkatın 63-cü ildönümü idi. Bununla bağlı mətbuatda xeyli yazılar dərc olunub, şərhlər verilib, mövqelər ortaya qoyulub. Ötən 63 il ərzində keçmiş Azərbaycan SSRİ-də və indiki Azərbaycan Respublikasında Seyid Cəfər Pişəvərinin 1945-1946-cı illərdə qurduğu Azərbaycan hökuməti, onun yaranması, fəaliyyəti və məhvi haqqında kifayət qədər məqalələr, kitablar yazılıb, bu faktlar mətbuatda əksini tapıb, haqqında geniş müzakirələr aparılıb. Soydaşlarımızın başına gətirilən faciələr Azərbaycanın bütövlüyü həsrətini daha da şiddətlənib. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra 21 Azər hərəkatıyla bağlı sistemli elmi tədqiqatlar aparılıb, XX əsrdə Azərbaycan türklərinin Milli Azadlıq Hərəkatının ən şərəfli və faciəli dövrü haqqında bir sıra həqiqətlər üzə çıxarılıb. Azərbaycan Milli Hökuməti haqqında müxtəlif fikirlər, rəylər mövcuddur. Biz yazımızda bu fikirlərin hansının düz, hansının səhv olduğu haqqında mülahizə söyləmək niyyətində deyilik. Məncə, müxtəlif rəylərin kökündə bir düşüncə hakimdir. Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulan Milli Hökumət Azərbaycan türklərinin Milli Azadlıq Hərəkatının ən şərəfli dövrlərindən biridir. Son dövrlər bəzi soydaşlarımız məhz bu günkü siyasi maraqlardan, firqə maraqlarından irəli gələrək Milli Hökumətə münasibətini ortaya qoyur. Düşünürəm ki, bu məsələdə müxtəlif rəylərə malik soydaşlarımızın mübahisəyə girişməsi fars şovinizminin maraqlarına xidmət edə bilər. Amma hər kəs o dövrdə buraxılan səhvləri bilməli, gələcəkdə eyni faciələrin təkrarlanmamasına çalışmalıdır. Az qala bütün dünya Milli Hökumətin üzərinə yeriyirdi... Soydaşlarımız, güneyli milli fəallar unutmamalıdır ki, 21 Azər hərəkatının məğlub olmasının ən başlıca səbəbi Rusiya, İngiltərə, ABŞ arasında ziddiyyətlərdən doğan, fars şovinizminin, Pəhləvi rejiminin maraqlarına uyğun beynəlxalq situasiyanın yaranması idi. Müasir dövrdə olduğu kimi dünya siyasətini müəyyənləşdirən enerji maraqları, keopolitik maraqların kəsişməsi Azərbaycan Milli Hökumətinin məhvilə nəticələndi. Bir sözlə, az qala bütün dünya Azərbaycanın üstünə düşmüşdü, bu vəziyyət isə fars şovinizminin, Pəhləvi rejiminin "dəyirmanına su tökdü". Həmin illərdə şah rejimini dəstəkləyən Şəriətmədari kimi din adamları farsın mahiyyətini təəssüf ki, çox gec başa düşdülər. 1946-cı ildə şah qoşunları ingilislərin dəstəyilə Təbrizə daxil olanda onların ayağının altında qurban kəsən gənc ayətullah Şəriətmədari 1979-cu ildə İranda inqilab zamanı aldanıldığın başa düşdü, amma çox gec idi. İran dövlətçiliyinin maraqlarını Azərbaycan türklərinin milli maraqlarından üstün tutan ayətullah, İran İslam İnqilabının üç liderindən biri olan Şəriətmədari ömrünü Qum şəhərində ev dustaqlığında başa vurdu. Təəssüf ki, fars rejiminin hakimiyyətdə qalması üçün canını fəda edən, amma sonradan aldadılan və farsın xəyanətləriylə üzləşən fəal Azərbaycan türklərinin sayı indi də azalmayıb. "İran idarəsindəki Azərbaycan Türklərinin istiqlal mücadəciləsi" ... Güney Azərbaycan türklərinin milli mücadiləsi daim Türkiyədə də izlənilib. Diqqətinizə Türk Dünyası Araşdırmalı jurnalının 1984-cü ilin aprel ayında(29-cu sayı) nəşr olunmuş "Azərbaycan Türkləri" adlı məqalədən seçmələri diqqətinizə çatdırırıq. Dosent, doktor Mehmet Sarayın yazdığı məqalədə Azərbaycan tarixi, milli mübarizə, dövlətlərimiz araşdırılır. Həmin məqalədə bu gün üçün də aktual olan bir bölməyə müraciət edirik: "İran idarəsində yaşamaq məcburiyyətində qalan Güney Azərbaycan Türklərinin kültürəl oyanışı rus idarəsindəki Quzey Azərbaycan türklərinki kimi parlaq olmasa da, qayət müsbət şəkildə gəlişib. Güney Azərbaycan türklərinin bu oyanışı qısa zamanda onların siyasi sahədə hərəkətliliyini saxlayıb və bu durum qısa zamanda aksiyalar şəklində ortaya çıxıb. Səttarxan öndərliyində Təbriz mərkəz olmaqla Azərbaycan türkləri 1906-cı ildə istiqlal mücadiləsinə başladıb. Amma İranı iki nüfuz bölgəsinə ayıran Rusiya-İngiltərə müqaviləsi imzalanandan sonra ruslar bu hərəkatın Quzey Azərbaycana sıçramasından qorxduqları üçün ingilis və İran hökumətlərilə işbirliyi quraraq bu hərəkatın məhvi üçün nə mümkünsə yapıblar. Bundan sonra İranda Qacar xanədanını devirərək başa keçən Pəhləvi xanədanının polis təşkilatının Azərbaycan türklərinə qarşı böyük bir təzyiq həyata keçirdiyini görürük. İranın bu despotik basqısına dayana bilməyən Azərbaycan türkləri 1920-1922-ci illərdə istiqlalları üçün təkrar baş qaldırıblar, amma milli hərəkatları yenə qanlı şəkildə basdırılıb. Zamanımızda sovet tarixçiləri Azərbaycan türklərinin bu istiqlal mcadilələrini qəribə bir şəkildə öz fəlsəfələrinə görə izah ediblər. Azərbaycanlıların hərəkatını kommunist bir hərəkat kimi göstərirlər ki, bunun da həqiqət ilə heç bir əlaqəsi yoxdur. Bu hərəkatlar həqiqətən də Azərbaycan türklərinin rus və İran imperializminə qarşı hüriyyət və istiqlal mücadiləsinin səhifələrindən biridir. Azərbaycan türkləri üzərindəki İran basqısı 1930-cu illərə qədər qorxunc bir şəkildə davam edib. 1930-cu illərdə Azərbaycan türkləri arasında yeni bir gəlişməyə şahid oluruq. İrandakı rus-ingilis rəqabəti davam etmiş və İran neftindən pay qoparma mücadiləsi 1940-cı illərdə çox kritik bir səhifəyə gəlib. İkinci Dünya Müharibəsindən sonra kommunizm pərdəsi altında yenidən ortaya çıxan rus impeializmi İranda ingilislərlə birgə girişdikləri istismar yarışında siyasi və kültürəl sahədə bərabərlik əldə etməyə çalışan Azərbaycan türklərindən istifadə etməyə çalışıblar. Azərbaycan türkləri isə milli mücadilədə İran hökumətindən bu iki məsələni tələb ediblər. 1. Azərbaycanda türk dilində tədris edən məktəblərin açılması. 2. Azərbaycan avtonomiyasının tanınması. İran hökuməti bu istəkləri rədd edincə, Azərbaycan türkləri haqlarını silahla alıblar. Azərbaycandakı İran hərbi və sivil idarələrini qısa zamanda ələ keçirən türklər Güney Azərbaycana nəzarəti tamamilə ələ keçiriblər. Bu arada İran hökuməti Azərbaycana hərbi birliklər göndərməyə çalışsa da, ruslar buna mane olublar. Azərbaycan türkləri İrana bağlı Muxtar Azərbaycan hökumətini elan ediblər. Qısa zamanda seçimə gedərək öz parlament və hökumətlərini təşkil edib, məktəblərdə türkcə tədris həyata keçiriblər. Bu şəkildə kültürəl və ekonomik sahədə tam avtonom haqlara sahib Azərbaycan Cümhuriyyəti qurulurdu. Azərbaycanın asayişini təmini üçün yetərli miqdarda bir əmniyyət qüvvəsi təşkil edilib. Fəqət, nə yazıq ki, Azərbaycan türkləri aralarına sovet agentlərinin sızmalarına mane olmadıqları üçün böyük qeyrətlə qurduqları Avtonom Azərbaycan Cümhuriyyəti bir növ sovet nüfuz bölgəsi halına gəlib. Həmin vaxt İrandakı rus-ingilis müttəfiq qüvvətlərinin çəkilməsinə dair BMT TŞ qərar verdi. İran neftindən istədiyi hissəni qoparan və müqaviləni İran hökumətilə bağlayan ruslar geri çəkildilər. Bu ərəfədə, yəni, 1946-cı il iyunun 14-də Azərbaycan Muxtar Hökuməti də İran hökumətilə Azərbaycan türklərinin haqlarını zəmanət altına alan müqavilə imzaladı. Amma Azərbaycan hökumətinin içində bəzi rus tərəfdarı kommunistlərin olması ingilis və amerikan hökumətlərini tədirgin etdi. Bu dövlətlərin təşviqilə keçiriləcək yeni seçkilərin əmniyətini təmin etmək bəhanəsilə şah ordusu 14 iyun andlaşmasına zidd olaraq Azərbaycanı 14 dekabr 1946-cı ildə işğal etdi. Kommunist üzvlər Quzey Azərbaycana qaçdılar, digər milli fəallar Azərbaycandan sürgün edilərək İranın müxtəlif yerlərində həbs olundular. Bir ilə yaxın mövcud olan Azərbaycan Muxtar Hökumətinin varlığına son qoyuldu. Amma Azərbaycan türklərinin talesizliyi bununla bitməyib, 1950-ci illərdə baş nazir Müsəddiqin rəhbərlik etdiyi hökumət İran neftini milliləşdirirkən, bu dəfə ABŞ və İngilis hökumətləri Azərbaycan türkləri arasında İrandan ayrılmaları üçün böyük bir təbliğata girişiblər. Amerikan və ingilis propaqandasının nəticəsində minlərlə Azərbaycan türkünü İran hökuməti həbs edib və ya sürgünə göndərib, yaxud mallarını farslara verib. Bu gün İnsan Haqları Bəyannaməsinə imzasını atan İran hökumətləri görünməmiş bir şovinist siyasət həyata keçirərək nəinki Azərbaycan türklərinin məktəblərdə fars dili ilə yanaşı, türkcənin öyrənmələrini, hətta Türk adlarının istifadəsini qadağan edib. Üstəlik, bu gün İranda Azərbaycan türklərinin türk olmadığı və "iranian" soyundan gələn bir xalq olduqları məktəb kitablarında oxudularaq Azərbaycan Türkünün farslaşdırma siyasətini həyata keçirməkdədir". Yəqin ki, türk müəllifinin fikirləri birmənalı qəbul edilməyəcək. Amma onu unutmaq olmaz ki, bu məqalə düz 24 il əvvəl nəşr olunub. Türk müəllifi 1979-cu ildə hakimiyyəti ələ keçirən din pərdəsi altında gizlənən fars rejiminin ərzində Azərbaycan türklərinə qarşı törətdiyi repressiyalar, soyqırım haqqında məlumat verə bilməzdi. ... Tarixin hər səhifəsində fars rejimləri Azərbaycan türklərini, milli fəallarımızı, ziyalılarımızı, gənclərimizi-soydaşlarımızı qanına qəltan etməkdən doymayıb. Xüsusilə qeyd etmək lazımdır ki, hər dəfə ABŞ, Böyük Britaniya və Rusiyanın oyunları nəticəsində fars rejimi (Pəhləvilər, mollalar) Azərbaycan türklərini kütləvi şəkildə qırması, edam etməsi üçün geniş imkanlar əldə edib. Əgər 2006-cı ilin mayında Güney Azərbaycanda, İranın müxtəlif şəhərlərində Azərbaycan türklərinin etiraz aksiyası hansısa bir ölkədə olsaydı, ABŞ və Böyük Britaniya ona ciddi reaksiya verərdi. Amma XX əsr boyu olduğu kimi indi də Qərb hələ də Azərbaycan türklərinin insan hüquqlarının kütləvi şəkildə pozulmasına göz yumur, soydaşlarımızın ədalət hayqırtılarını eşitməyiblər (Bilmirəm bu Qərbin Türkdən, Bütöv Azərbaycandan qorxusudur, yoxsa, Qərbi Azərbaycan türkünün haqlı mövqeyinə inandıra bilməmişik?). Əvəzində dəfələrlə təsdiqlənib ki, Qərb ölkələri "düşmən" saydıqları fars rejimilə gizli işbirliyində olub. Gələcəkdə də bu rəzilliyin təkrarlanmayacağına heç kəs söz verə bilməz. Amma Birləşmiş Ştatların yeni prezidenti Barak Obamanın İranla, azərbaycanlıların insan hüquqlarıyla bağlı açıqlamaları müsbət gəlişmələrin baş verəcəyinə ümid verir. Bəlkə bu dəfə dünya Güney Azərbaycan türklərinin, İranda, öz tarixi torpaqlarında yaşayan türklərin haqq səsinə səs verdi. ...Hələlik fars rejiminin Azərbaycan türkləri əleyhinə siyasəti daha qanlı, daha sərt şəkildə davam edir. Amma unutmaq olmaz ki, "Zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır"... Təbriz Quzeyli
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
Əhər-Təbriz yolunda ağır qəza: 3 nəfər həyatını itirdi
Tramp Tehrana daha sərt şərtlərlə yeni mətn göndərdi
İsrail quru əməliyyatlarını genişləndirir
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Hakan Fidan Türkiyə-Yaponiya birgə PUA istehsalını təklif etdi
İran yeraltı raket bazalarının onlarla girişini yenidən açıb
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Pezeşkian: Dövlət televiziyasının təqdim etdiyi məlumatlar ölkə reallıqlarını əks etdirmir
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
NATO: Hörmüz boğazına müdaxiləyə hazırıq
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir