SON XƏBƏRLƏR

Rusiyaya məxsus “Sarmat-1” gəmisi Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşib

2021.10.20, 07:36
Rusiyaya məxsus “Sarmat-1” gəmisi Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşib

Gunaz.tv
Rusiyaya məxsus “Sarmat-1” gəmisi Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşib gemi_soci_27_03.jpg Rusiyanın özəl şirkətinə məxsus “Sarmat-1” gəmisi Azərbaycanın Abşeron yarımadasının şimal istiqamətində Dübəndi limanından 30 mil uzaqlıqda batmaq təhlükəsi ilə üzləşib. Gəmi Həştərxandan İranın Ənzəli limanına istiqamətlənib. Dövlət Dəniz Aadministirasiyasının rəisi Qüdrət Qurbanovun ANS-ə verdiyi məlumata görə, gəminin maşın şöbəsində mühərrik sıradan çıxıb. Həştərxanın xilasetmə əlaqələndirmə mərkəzindən gəminin batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olduqdan dərhal sonra-saat 15.00-də “Şamaxı” tankeri Rusiyanın “Sarmat-1” gəmisinə köməyə gedib. Gəmi artıq ərazidədir. Bundan başqa, Azərbaycanın neft donanmasına məxsus “Vadim Seyidov” yedəkli gəmisi də yardım üçün əraziyə göndərilib. Qüdrət Qurbanov ANS-ə bildirib ki, köməyə gedən gəmi bu dəqiqələrdə əraziyə çatmalıdır. Gəmi yedəyə alınıb sahilə daşınacaq. İlkin məlumatlara görə, gəminin sükan bölməsinə su dolub. Dəniz dalğalı olduğundan hazırda gəmi saatda 2 mil sahilə dreft edir. Dəniz Administirasiyası rəisinin sözlərinə görə, hazırda Fövqaladə Hallar Nazirliyi və Dəniz Administirasiyasının nümayəndələri də hadisə yerinə ezam olunub. Kapitanla mütəmadi əlaqə saxlanılır. Gəminin 11 nəfərdən ibarət heyəti sağ-salamatdır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ANS-ə verdiyi məlumata görə, helikopterlər hazırlıq vəziyyətinə gətirilib. Qeyd edək ki, “Sarmat-1” gəmisinin uzunluğu 80 metrdir, 2 min ton yük tutumuna malikdir və gəminin göyrətəsində metal məmulatlarının olduğu ehtimal edilir. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar