SON XƏBƏRLƏR

DİNİ RƏHBƏR(XAMNEYİ) PREZİDENTƏ BİRMƏNALI DƏSTƏK VERİB

2021.10.20, 07:36
DİNİ RƏHBƏR(XAMNEYİ) PREZİDENTƏ BİRMƏNALI DƏSTƏK VERİB

Gunaz.tv
DİNİ RƏHBƏR PREZİDENTƏ BİRMƏNALI DƏSTƏK VERİB xamneyiahmedenejadadestekverib1.jpg Ayətullah Xamneyi İranın dini rəhbəri ayətullah Əli Xamneyi prezident Mahmud Əhmədinejadın daxili və xarici siyasətindən tam razı qaldığını bildirərək ona birmənalı dəstək verib. «Media forum» saytının məlumatına görə, dekabrın 14-də Tehranın Elm və Sənaye Universitetində çıxış edən dini rəhbər dövlət başçısını «inqilabçı, bacarıqlı, fəal və igid» sözləri ilə tərifləyib, onun Elm və Sənaye Universitetinin yetirdiyi böyük inqilabçı qüvvələrin parlaq simalarından biri olduğunu vurğulayıb. M.Əhmədinejad vaxtilə Tehranın Elm və Sənaye Universitetində təhsil alıb. Ayətullah Xamneyi keçmiş prezident Məhəmmməd Xatəminin adını çəkmədən onun prezidentlik dövrünü tənqid edib: «Vaxtilə bizim mətbuatımızda işi o yerə çatdırmışdılar ki, açıq-aşkar dinin siyasətdən ayrı olmasını təbliğ edir, açıq şəkildə keçmiş zalım rejimi dəstəkləyirdilər». Dini rəhbər İran tələbələrinin əksərinin Fələstin, İraq və Əfqanıstan xalqları ilə həmrəy olduğunu vurğulayıb: «Tələbələrin bir qismi başqa cür ola, başqa cür düşünə bilər, lakin təkidlə bildirirəm ki, tələbələrin böyük qismi Fələstin, İraq, Əfqanıstan xalqlarına eldilən zülm və cinayətlərə qarşıdırlar». Ə.Xamneyinin M.Əhmədinejada bu cür dəstək verməsi dini rəhbərin son vaxtlar hakimiyyət daxilində İran prezidentini kəskin tənqid edənlərə cavabı kimi qiymətləndirilir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar