SON XƏBƏRLƏR

Türkiyədə “ermənilərdən üzr istəyirəm” kampaniyasına bu gün start verilib

2021.10.20, 07:36
Türkiyədə “ermənilərdən üzr istəyirəm” kampaniyasına bu gün start verilib

Gunaz.tv
Türkiyədə “ermənilərdən üzr istəyirəm” kampaniyasına bu gün start verilib ozur_diliyorum_0.jpg Kampaniya internet saytı vasitəsilə həyata keçirilir Türkiyəli jurnalist Əli Bayramoğlu, Prof.Dr. Basqın Oran, Prof. Dr. Əhməd İnsel və Dr.Çingiz Aktarın təşəbbüsü ilə başlayan "erməni qardaşlarımdan üzr istəyirəm" imza kampaniyasına bu gün start verilib. Kampaniya www.ozurdiliyoruz.com internet saytı vasitəsilə həyata keçirilir. Saytda "1915-ci ildə Osmanlı ermənilərinin məruz qaldığı “böyük fəlakət”ə etinasız yanaşılmasını, bunun inkar edilməsini vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz payıma erməni qardaşlarımın hisslərini və çəkdiyi əziyyətləri bölüşür, onlardan üzr istəyirəm" mətni yerləşdirilib. Qondarma erməni soyqırımını "qəbul edənlər" burda adlarını, soyadlarını, yaşadıqları şəhəri və email ünvanlarını yazmaqla kampaniyaya dəstək vermiş olurlar. İnternet istifadəçisi olmayanlardan isə imzaların əldən alınması planlaşdırılıb. Kampaniyanın bir il davam etdirilməsi planlaşdırılır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar