SON XƏBƏRLƏR

Buşa atılan ayaqqabını 100 min dollara almaq istəyirlər

2021.10.20, 07:36
Buşa atılan ayaqqabını 100 min dollara almaq istəyirlər

Gunaz.tv
Buşa atılan ayaqqabını 100 min dollara almaq istəyirlər busha-atilan-ayaqqabi.jpg İraqın futbol komandasının keçmiş texniki direktoru Adnan Hamad iraqlı jurnalistin dekabrın 12-də mətbuat konfransı zamanı ABŞ prezidenti Corc Buşa atdığı ayaqqabıları 100 min dollara almağı təklif edib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Hamad jurnalist Müntəzir əz-Zeydinin bu addımla “İraqı məhv edən və xalqı təhqir edən Corc Buşa” bütün xalqın münasibətini ifadə etdiyini bildirib. Qeyd edək ki, Adnan Hamad məşhur çəkmələri almaq istəyən yeganə şəxs deyil. Bundan əvvəl digər iraqlı biznesmen də məşhurlaşan ayaqqabılar müqabilində istənilən məbləği ödəməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, “əl-Baqdadiyə” telekanalının 29 yaşlı jurnalisti ayaqqabılarını Buşa tərəf fırladaraq “bu sənə vida öpüşüdür, it” deyə qışqırıb. Ərəb adət-ənənəsində ayaqqabıların kiməsə atılması ən kəskin təhqirə bərabərdir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar