SON XƏBƏRLƏR

Abdullah Gülün 4 ölkəyə səfər təxirə salınıb

2021.10.20, 07:36
Abdullah Gülün 4 ölkəyə səfər təxirə salınıb

Gunaz.tv
Abdullah Gülün 4 ölkəyə səfər təxirə salınıb abdullah-gul-15-12.jpg O, həkimlərin məsləhəti ilə Rusiya, İraq, İsrail və Fələstinə səfərlərini başqa vaxta keçirib Türkiyə prezidenti Abdullah Gülün dekabrda reallaşması planlaşdırılan dörd xarici səfəri təxirə salınıb. ANS PRESS-in məlumatına görə, Türkiyə prezidentinin mətbuat xidməti bildirib ki, dövlət başçısının Rusiya, İraq, İsrail və Fələstin səfərləri baş tutmayacaq.Səfərlərin, Abdullah Gülün səhhəti ilə bağlı təxirə salındığı xəbər verilir. Qeyd edək ki, Abdullah Gülün qulağında ağrılar var və həkimlər təyyarədən istifadə etməklə xarici səfərlərə getməyi məsləhət görmür. Səfərlər yanvarın ortalarından sonra bərpa oluna bilər. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar