SON XƏBƏRLƏR

Türkiyə liberallarının Ermənilərdən üzr istəmək kompaniyası və bunun arxasinda nə dayana bilər? . Elnur Elturk

2021.10.20, 07:36
Türkiyə liberallarının Ermənilərdən üzr istəmək kompaniyası və bunun arxasinda nə dayana bilər? . Elnur Elturk

Gunaz.tv
Türkiyə liberallarının Ermənilərdən üzr istəmək kompaniyası və bunun arxasinda nə dayana bilər? image.php?img=1&yaz=2 Elnur Elturk Bu gün qardaş Türkiyədə maraqlı içtimai-siyasi proseslər baş verir.Türkiyədə indidə bir qrup kosmopolit və liberal düşüncənin sahibi olan bir kəsim ziyalı Ermənilərdən üzr istəmək kompaniyasına başlayiblar.Deyilənə görə Bu kompaniya bir il davam edəcək və nüfüzlü yazarların,elm adamlarının bu kompaniya qoşulacağı gözlənilir. Nədir bu insanların məqsədi doğrudanmı bunlar 1915 ci ildə Osmanlı dövlətində ermənilərin soyqırıma məruz qaldığına inanırlar.Cox maraqlıdır bu gün Türkiyədə "məzlum erməni"obrazı yaradanlar kimlərin maraqlarına xidmət edirlər.Bu dırnaq arası ziyalıların məqsədi yəqin ki türk dünyasını ələ salmaq və türklüyə həqarətlə yanaşmaqlarından irəli gəlir. Tarixə nəzər saldıqda Ermənilərin türk millətini necə amansızcasina öldürüldüyünü görürük.Avropanın və Amerikanin vicdanlı tarixcilərinin əsərlərinə istinad etsək qondarma erməni soyqırımının ermənilərə qarşı yox əksinə Türk toplumuna qarşı həyata keçirildiyi bir daha ortaya cıxır. Bir necə illər Türk Tarix Qurumunun başqanliq etmiş Yusif Halacoğlu uzun illərdi dünya içtimaiyyətinə tarixi sənədlərlə sübüt edirdi ki,belə bir soyqırım olmayıb və erməni tarixçilərini bu məsələ ilə bağlı türk-erməni tarixini birgə araşdırmaq üçün onlarla birgə komissiyanın yaradılması fikri ilə onlara müraciət edirdi.Sözsüz ki,erməni tarixcilərinin buna raziliq verəcəyi inandirici görsənmir və heç vaxtda bu fikri özlərınə yaxın buraxacaqları cətin məsələdir. çünki onlar gözəl bilirlər ki,bu arxivlərdə ermənilərin soyqırıma məruz qaldığı haqqında heç bir sənəd yoxdur.Erməni məsələsi ilə bağlı sənədlər avropanın xüsusi ilə Böyük Britaniya və Fransanın arxivlərində kilidlənib dünya tarixcilərinin üzünə bağlıdır.(bu ölkələr XX əsrdə istədiklərə şəkildə erməniləri öz siyasi maraqlarına uyğun idarə ediblər yalançı vədlərlə Osmanlı imperiyasına qarşı istifadə ediblər.Cox təəssüflər olsun ki,bu siyasət indi də davam edir,mahiyyətini qoruyub saxlayaraq,ancaq formasında bir azca dəyişiklik edilərək aparılmaqdadır,indi mümkün deyil ki,özlərinin yaratdığı tarıxı situasiyanı başqa ölkələrin tarixciləri araşdırıb dəlillərlə onları ifşa eləsinlər) çünki bir qərb diplomatının dediyi sözlərlə məsələyə yanaşsaq"Avropa nə vaxt Türkiyənin qabağına problem cixartmaq istəyirsə,o zaman yalanci Qondarma Soyqırım məsələsi ortaya çıxarır"Bax məntiq budur.Bu proseslərin arxasında Türkiyənin güclənməsini istəməyən ölkələr durur və onlar Yaxın və Orta şərqin güclü ölkəsi sayılan Türkiyə Cümhüriyyətini zəiflətmək ücün istifadə etdikləri siyasi oyunlardır və Türkiyəni sıradan cixardıqdan sonra regionda rahat şəkildə hərəkət etmək istəyirlər.Həmdə Türkiyənin avropaya doğru irəlləməsinin qarşısını almaq istəyirlər. Türkiyədə üzr istəmək kamponiyasının başlayanların arxasında böyük güclərin durduğunu görməmək mümkün deyil.Son zamanlar Türkiyə dövlətinin ermənistanla yaxınlaşma siyasətindən istifadə edib ilham alan liberallar güya bu addımla barışı bir qədərdə yaxınlaşdıracaqlarını düşünürlər.Kim bilir bəlkədə bir zaman gələcək ki,Onlar Türkiyədən soyqırımı tanımaq kompaniyasına start verəcəklər.Əgər bu məsələ ortaya çıxıbsa onun davamlı proseslərlə müşahidə olunacağı görünməkdədir. P.S Türkiyənin nüfuzlu qəzətlərindən sayılan "Hüriyyət"də bu məsələ ilə bağlı maraqlı yazı yazan Hakan Tercan üzr istəmək kompaniyasına başlayan ziyalılara tarixi məntiqə soykənən sualla müraciət edərək yazır ki,Qarsda İğdirdə,Ərdəhanda və s yerlərdə öldürülən insanlarımızın yerinə kimlər üzr istəyəcək.Onların bu suala səmımi cavabları hec vaxt hec bir zaman səmimilik daşımayacaqdır.çünki yalan üzərində qurulan planın mahiyyətinin özü belə yalanla cızılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar