SON XƏBƏRLƏR

NATO baş katibinin müavini ölkəmizdə rəsmi səfərdədir

2021.10.20, 07:36
NATO baş katibinin müavini ölkəmizdə rəsmi səfərdədir

Gunaz.tv
NATO baş katibinin müavini ölkəmizdə rəsmi səfərdədir baki300.jpg NATO baş katibinin müavini Klaudio Bizonyero ölkəmizdə rəsmi səfərdədir. Səfərdə məqsəd alyansla Azərbaycan arasında əlaqələrin genişləndirilməsi və tərəfdaşlığın dərinləhdirilməsidir. Səfər zamanı Bizonyero xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Milli Məclis sədri Oqtay Əsədovla danışıqlar aparacaq. Qonağın prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi də gözlənilir. ------------------------------------------------------------------- Gürcü-osetin münaqişə zonasında vəziyyət gərginləşib osetiya2.jpg Gürcü-osetin münaqişə zonasında vəziyyət yenidən gərginləşib. Sərhəddə yerləşən, mübahisəli Perevi kəndini tərk etmiş Rusiya qoşunları yenidən mövqelərinə qayıdıblar. Rusiya tərəfi bu addımını Perevidə gürcü polisi əvəzinə xüsusi təyinatlıların yerləşdirməsi ilə əlaqələndirib. Rəsmi Moskva hesab edir ki, Gürcüstan tərəfi Medvedev-Sarkozi razılaşmasını pozub. Razılaşmaya görə, həmin ərazilərdə hərbi hissələr yerləşdirilə bilməz. Məsələ sabah Cenevrədə keçiriləcək Qafqazda təhlükəsizliklə bağlı məsləhtləşmələrdə müzakirə ediləcək. Bu, münaqişinin çözülməsi ilə bağlı keçirilən sayca üçüncü görüşdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar