SON XƏBƏRLƏR

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanla bağlı yekun hesabat yayıb

2021.10.20, 07:36
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanla bağlı yekun hesabat yayıb

Gunaz.tv
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanla bağlı yekun hesabat yayıb atet_ofis_91.jpg Hesabatda digər media qurumlarından fərqli olaraq ANS telekanalının seçkini daha bitərəf və təhrifsiz işıqlandırdığı göstərilir Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkisi ilə bağlı yekun hesabat yayıb. Sənəddə bildirilir ki, «seçki prosesində beynəlxalq standartlar, xüsusilə seçkinin texniki aspektləri baxımından əhəmiyyətli irəliləyiş əldə olunub. Seçki sakit mühitdə keçib. Lakin seçkidə sağlam rəqabətin çatışmazlığı və KİV-in fəaliyyətinin müəyyən mənada məhdudlaşdırılması plüralizm və demokratik seçki prinsiplərinə cavab vermir. Təəssüf ki, bəzi müxalifət partiyaları seçkiyə qatılmayıb, bununla da elektoratın seçim imkanı bir qədər məhdudlaşdırılıb». ATƏT-in yekun hesabatında digər media qurumlarından fərqli olaraq ANS telekanalının seçkini daha bitərəf və təhrifsiz işıqlandırdığı göstərilir. Sentyabrın 25-dən ANS-nin xəbərlər buraxılışlarında müxtəlif mövzularda bütün namizədlərlə və ya onların səlahiyyətli nümayəndələri ilə müntəzəm müsahibələrin yer alması qeyd olunur. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar