SON XƏBƏRLƏR

Təbizdə Ermənistan konsulluğu açılacaq

2021.10.20, 07:36
Təbizdə Ermənistan konsulluğu açılacaq

Gunaz.tv
Təbizdə Ermənistan konsulluğu açılacaq tebriz.jpg Bu barədə İranda səfərdə olan Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan məlumat verib İranın xarici işlər naziri Manuçehr Mottaki Tehranda ikigülük səfərdə olan Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyanla görüşüb. Ermənistanın “Panorama” agentliyinin Tehran Times-a istinadən verdiyi məlumata görə, görüş zamanı iranlı nazir Gürcüstanda baş vermiş münaqişədən sonra Ermənistanda yaranmış çətinliklərin artıq arxada qaldığından məmnun olduğunu bildirib. Mottaki həmçinin bldirib ki, İran Ermənistanda sənaye sahəsində əlaqələrin inkişafında maraqlıdır. Erməni nazir isə öz növbəsində bildirib ki, hər ik tərəf qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. A. Movsisyan Təbriz şəhərində açılacaq Ermənistan konsuluğunun İrəvan və Tehran arasında əlaqələrin inkişafı üçün yaxşı şərait təmin edəcəyinə ümidvar olduğunu qeyd edib. A. Movsisyan İranda Ermənistan-İran hökumətlərarası komissiyasının iqtsadi əməkdaşlıq iclasında iştirak edəcək. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar