SON XƏBƏRLƏR

Fələstin - İsrail barışığının taleyi YŞD sədrlərinin qərarından asılıdır

2021.10.20, 07:36
Fələstin - İsrail barışığının taleyi YŞD sədrlərinin qərarından asılıdır

Gunaz.tv
Fələstin - İsrail barışığının taleyi YŞD sədrlərinin qərarından asılıdır _logo_un_100807.jpg BMT-nin Yaxın Şərq prosesi üzrə xüsusi koordinatoru Robert Serri “Yaxın Şərq Dördlüyünün” (YŞD) bazar ertəsi Nyu-Yorkda keçirilən iclasında Fələstin və İsrail arasında barışığa dair xüsusi plan təqdim etməyəcək. “Robert Serri BMT-nin YŞD-dəki nümayəndələrindən biri olduğu üçün, yekun qərar dördlüyün sədrləri tərəfindən qəbul ediləcək”, - UNSCO - nun xüsusi koordinatorunun mətbuat ofisinin rəhbəri Riçard Mayron Qüdsdən telefonla TrendNews­-a bildirib. YŞD - nin bu gün keçiriləcək iclasında əsas müzakirə problemi Fələstin - İsrail münaqişəsi olacaq. YŞD sədrlərinin (Rusiya, ABŞ, BMT, Aİ) sonuncu iclası 2007-ci ilin noyabrında Amerikanın Annapolis şəhərində keçirilib. Mayron YŞD sədrlərinin bu günkü iclasda qəbul etməyə hazırlaşdığı qərarı şərh etməyib. “Həmsədrlər rəsmi bəyanatlar verməyənədək, nəinki biz, heç kim brifinq keçirməyəcək”, - Mayron deyib.trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar