SON XƏBƏRLƏR

İRAN ADLANAN YERİN XARİCİ İŞLƏR NAZİRİ ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİN SƏVİYYƏSİNDƏN NARAZI OLDUĞUNU DEYİB

2021.10.20, 07:36
İRAN ADLANAN YERİN XARİCİ İŞLƏR NAZİRİ ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİN SƏVİYYƏSİNDƏN NARAZI OLDUĞUNU DEYİB

Gunaz.tv
İRANIN XARİCİ İŞLƏR NAZİRİ ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİN SƏVİYYƏSİNDƏN NARAZI OLDUĞUNU DEYİB iran-ermeni2_1.jpg Dekabrın 14-də Tehranda İran-Ermənistan Müştərək İqtisadi Komissiyasının 8-ci iclasında energetika və təbii sərvətlər naziri Armen Movsesyanla görüşən xarici işlər naziri Mənuçehr Mottaki iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıb. «Media forum» saytının məlumatına görə, M.Mottaki İranla Ermənistan arasında iqtisadi əlaqələrin məqbul səviyyədə olmadığını söyləyib: «İran Ermənistanın xarici tərəfdaşları arasında 7-ci yeri tutur. İki ölkənin illik mal dövriyyəsi, iqtisadi mübadilələr 200 milyon dollara qədərdir. Bu rəqəm ölkələrimizin adına layiq deyil. Biz iqtisadi münasibətlərimizi genişləndirməklə bu rəqəmi yüksəltməliyik». Xarici işlər naziri İran qazının Ermənistana nəqli ilə bağlı kəmərin çəkilişində işlərin daha da sürətləndirlməsini, digər sahələrdə də Ermənistanla əlaqələrin hərtərəfli genişləndirilməsini vacib saydığını bildirib. Armen Movsesyan qarşılıqlı əlaqələrdən məmnun qaldığını deyərək prosesin daim artan xətlə getdiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar