SON XƏBƏRLƏR

Edvard Nalbandyan: "Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərində heç bir dəyişiklik yoxdur"

2021.10.20, 07:36
Edvard Nalbandyan: "Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərində heç bir dəyişiklik yoxdur"

Gunaz.tv
Edvard Nalbandyan: "Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərində heç bir dəyişiklik yoxdur" edvard_nalbandyan-06-05.jpg Bu barədə Ermənistanin xarici işlər naziri ATƏT-in baş katibi Mark Peren de Brişambo ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edib Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərində heç bir dəyişiklik yoxdur. Bu barədə Ermənistanin xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in baş katibi Mark Peren de Brişambo ilə birgə İrəvanda keçirdiyi mətbuat konfransında çıxış edib. Onun sözlərinə görə, ATƏT-in xarici işlər nazirlərinin Helsinki toplantısında sadəcə Madrid təklifləri ilə bağlı texniki sənəd təqdim olunub: "Dəyişikliklər mövcud deyil. Digər yazılanların isə heç bir əsası yoxdur". Nalbaldyan qeyd edib ki, Helsinkidə qəbul olunan sənəd Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini özündə ehtiva edir. Öz növbəsində ATƏT-in baş katibi bildirib ki, nazirlərin görüşündən sonra səslənən birgə bəyanat tərəflərin əldə etdiyi ən yüksək nəticədir. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar