SON XƏBƏRLƏR

Bülənt Ecevitin qəbri köçürülür

2021.10.20, 07:36
Bülənt Ecevitin qəbri köçürülür

Gunaz.tv
Bülənt Ecevitin qəbri köçürülür bulent-ecevit.jpg Türkiyənin keçmiş baş naziri Bülənt Ecevitin qəbri köçürülür. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ecevitin qəbri ailəsinin istəyi ilə köçürüləcək. Bülənt Ecevit 2006-cı ildə Dövlət Məzarlığında dəfn edilib. Ailəsi isə onun başqa bir yerdə basdırılmasını istəyib. Çankaya bələdiyyəsinin nümayəndələri bildiriblər ki, keçmiş baş nazirin ailəsinin tələbinə uyğun olaraq onlara müvafiq ərazilər göstərilib: “Türk sosial-demokrat hərəkatının ölməz isimlərindən olan Bülənt Ecevit üçün məzar yerinin müəyyən edilməsi ilə bağlı ailəsinə müxtəlif yerlər göstərilib. Onun ailə üzvləri Çankaya bələdiyyəsinin Ahlatlıbel qəbiristanlığında yer seçiblər. Bələdiyyə Məclisi də bununla bağlı qərar qəbul edib və prosedur qısa müddət ərzində yerinə yetiriləcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar