SON XƏBƏRLƏR

ERMƏNİLƏR «AVROVİZİYA» YARIŞMASINDA «ERMƏNİ SOYQIRIMI»ndan OXUMAĞI PLANLAŞDIRIRLAR

2021.10.20, 07:36
ERMƏNİLƏR «AVROVİZİYA» YARIŞMASINDA «ERMƏNİ SOYQIRIMI»ndan OXUMAĞI PLANLAŞDIRIRLAR

Gunaz.tv
ERMƏNİLƏR «AVROVİZİYA» YARIŞMASINDA «ERMƏNİ SOYQIRIMI»ndan OXUMAĞI PLANLAŞDIRIRLAR ermeni-2.jpg__1avrovisia-1.jpg «System of A Down» qrupu «Media forum» saytı Türkiyədə nəşr olunan erməni qəzetinə - «Aqos»a istinadla xəbər verir ki, 2009-cu ilin mayında Moskvada keçiriləcək «Avroviziya» musiqi yarışmasında çıxış edəcək «System of A Down» adlı erməni rok qrupu ifa edəcəyi mahnıda «erməni soyqırımı» ifadəsini işlətməyi planlaşdırır. Qrupun solisti Serj Tankyan «Aqos»a açıqlamasında «Avroviziya» müsabiqəsi vasitəsilə «erməni soyqırımı»nı tanıtdırmaq üçün əllərinə mükəmməl bir fürsət düşdüklərini deyib. «System of A Down» qrupu 1995-ci ildə ABŞ-da qurulub. Qrupun adı əvvəllər «Soil» olub. 1998-ci ildən yeni adla çıxış etməyə başlayan qrup üzvləri Anadoludan ABŞ-a köç edən ermənilərin törəmələridir. Tankyan məhz buna görə «Avroviziya»ya çıxaracaqları mahnılarını «erməni soyqırımı»na həsr etdiklərini bildirib. Mahnının bir hissəsində «İki ay öncə ölən babam soyqırımdan qurtulanlardan biri idi» sözləri işlədilir. Bəlkə də Ermənistan buna görə «Avroviziya»ya «System of A Down» qrupunu göndərmək qərarına gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar