SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad: “İsrail son günlərini yaşayır”

2021.10.20, 07:36
Mahmud Əhmədinejad: “İsrail son günlərini yaşayır”

Gunaz.tv
İRAN İSRAİLİ VURMAQ ÜÇÜN 100-dən ÇOX RAKET HAZIRLAYIB Mahmud Əhmədinejad: “İsrail son günlərini yaşayır” 480.jpg Dünən Tehranda İsrailin Fələstinin Qəzza zolağını blokadada saxlamasına etiraz olaraq çoxminli nümayiş keçirilib. Tehran Universitetinin yaxınlığında keçirilən mitinqdə İsrailə və ABŞ-a ölüm şüarları səslənib. Mitinqdə çıxış edən prezident Mahmud Əhmədinejad deyib ki, İsrail öz anormal davranışı isə yolun sonuna gəlib. Onun sözlərinə görə, İsrail bu cür vəhşiliklərə yol verərək fələstinlilərə təzyiq göstərir və onların öz müstəqil dövlətlərini qurmaq cəhdlərinə mane olmaq istəyir. “İsrail özünün son günlərini yaşayır” deyə Əhmədinejad bildirib. İsrail mətbuatı isə xəbər verib ki, İranın 2 min kilometr məsafəyə uça bilən 100-dən çox “Şahab-3" ballistik raketi var. Söhbət adi başlıqlarla təchiz olunmuş raketlərdən gedir. Ekspertlərə görə, İranın bu qədər çox sayda ballistik raketə malik olması Tehranın İsraillə uzunmüddəti hərbi qarşıdurmaya hazırlaşdığını göstərir. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama isə İsrail televiziyasına müsahibəsində deyib ki, onun administrasiyası İranla dialoqa hazırdır. Ancaq bu dialoq qısa və sərt olacaq. ”Biz İrana təklif edəcəyik ki, nüvə proqramlarından imtina etsin, “Həmas” və “Hizbullah”a dəstəyi dayandırsın və İsraili hədələməkdən əl çəksin. Əgər Tehran bu şərtlərlə razılaşsa, o zaman ABŞ İrana qarşı sanksiyaları yumşalda bilər. İranın iki yolu var: asan və çətin. Seçim onlarındır" deyə Obama bildirib. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar