SON XƏBƏRLƏR

Rəsmi Tiflis yumşalır

2021.10.20, 07:36
Rəsmi Tiflis yumşalır

Gunaz.tv
Rəsmi Tiflis yumşalır ojyci3om.jpg Saakaşvili Rusiya ilə dialoqa hazır olduğunu bəyan etdi Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istədiklərini bəyan edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Saakaşvili Batumda sitrus yetişdiriciləri ilə görüşündə Gürcüstanın ərazi bütövlüyünə əsaslanan istənilən dialoqa hazır olduqlarını deyib. O, Gürcüstanın katolikos-patriarxı II İlyanın Rusiyaya səfərinə toxunaraq din adamı vasitəsilə Rusiya prezidenti Dmitri Medvedevə mesaj göndərdiklərini açıqlayıb: “Biz zati-müqəddəsləri ilə Rusiya prezidentinə çatdırılacaq ismarıcı razılaşdırmışdıq. Mən çox şadam ki, patriarx bizim fikirlərimizi Gürcüstan ərazilərini işğal etmiş və bu işğalı davam etdirən ölkənin prezidentinə çatdırıb. O, çox dəqiq bəyan edib ki, heç bir gürcü öz torpaqlarının işğalı və mənimsənilməsi ilə barışmayacaq. Patriarx bu diplomatik missiyanı öz üzərinə götürdüyü üçün ona çox minnətdaram. Bu, xalq diplomatiyası missiyasının həyata keçirilməsi deməkdir”. M.Saakaşvili Rusiyada Gürcüstan prezidentinin başçılığı ilə “Gürcü Mədəniyyəti Mövsümü”nün keçirilməsinin planlaşdırıldığını açıqlasa da, bu tədbirin nə vaxt keçiriləcəyini konkretləşdirməyib: “Biz prezidentin patronajlığı altında Moskvada və digər şəhərlərdə keçiriləcək “Gürcü Mədəniyyəti Mövsümü”nü hazırlayırıq. Rusiya ilə Gürcüstanın malik olduqları böyük mədəni əlaqələri rus cəmiyyətinə xatırlatmaq istəyirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar