SON XƏBƏRLƏR

Türkmənbaşının adı Türkmənistanın dövlət himnindən çıxarılıb

2021.10.20, 07:36
Türkmənbaşının adı Türkmənistanın dövlət himnindən çıxarılıb

Gunaz.tv
Türkmənbaşının adı Türkmənistanın dövlət himnindən çıxarılıb Aşqabad – APA. Türkmənistan parlamenti “Dövlət himni haqqında” qanun qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qanunla himnin mətninə dəyişiklik edilərək “Türkmənbaşı” sözü çıxarılıb. Nəqaratın ilk misrasında yeri alan və himndə 3 dəfə təkrarlanan “Türkmənbaşı” sözü “xalq” sözü ilə əvəzlənib. Xatırladaq ki, Qurbanqulu Berdımuhammedov prezident seçildikdən sonra şəxsiyyətə pərəstiş təzahürlərini tədricən aradan qaldırmağa başlayıb. Belə ki, Saparmurad Niyazovun adı “Türkmənistana sadiqlik andı”ndan və prezidentin rəmzindən (ştandart) çıxarılıb. Ancaq Niyazovun küçələrdəki iri portretləri yığışdırılsa da, yerinə Q. Berdımuhammadovun portretləri qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar