SON XƏBƏRLƏR

Erməni hərbçilərinin azərbaycanlılara qarşı vəhşiliyindən bəhs edən “Əsirlikdə yaşananlar” kitabının təqdimatı keçirilib

2021.10.20, 07:36
Erməni hərbçilərinin azərbaycanlılara qarşı vəhşiliyindən bəhs edən “Əsirlikdə yaşananlar” kitabının təqdimatı keçirilib

Gunaz.tv
Erməni hərbçilərinin azərbaycanlılara qarşı vəhşiliyindən bəhs edən “Əsirlikdə yaşananlar” kitabının təqdimatı keçirilib Bakı. Ramil Məmmədli – APA. Bu gün Ermənistan hərbiçilərinin Azərbaycanda törətdiyi qətl və işgəncə hadisələrindən bəhs edən “Əsirlikdə yaşananlar” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, nəşrin təsisçisi, “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbud bildirib ki, dünya ictimaiyyəti Qarabağ və Ermənistanla həmsərhəd bölgələrdə azərbaycanlılara qarşı törədilənlərə həmişə biganə yanaşıb. O, nəşr olunan kitabı informasiya mübarizəsinin bir hissəsi adlandırıb. Kitabın müəllifi Aygün Həsənoğlu isə deyib ki, nəşrdə 300 azərbaycanlının erməni əsirliyində qarşılaşdığı işgəncə və qətllərlə bağlı faktlar yer alıb. A. Həsənoğlu ermənilərin azərbaycanlılara qarşı törətdiyi faktların dünya ictimaiyyətinə çatdırılmasında problemlərin olduğunu da söyləyib: “Azərbaycanlıların faciəsini dünyaya çatdırmaq üçün mərkəzləşdirilmiş quruma ehtiyac var. Bu faktlar sənədlər şəklində xarici ölkə parlamentlərinə təqdim olunmalıdır”. Qeyd edək ki, kitab ingilis dilində nəşr olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar