SON XƏBƏRLƏR

İranda “Kəhrizək” adlı ölüm təcridxanası

2021.10.20, 07:36
İranda “Kəhrizək” adlı ölüm təcridxanası

Gunaz.tv
İranda “Kəhrizək” adlı ölüm təcridxanası DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son zamanlar cinayətkar molla hakimiyyəti İran adlanan ölkədə əhalini qorxu və vəhşətdə sazlamaq məqsədilə ictimai təhlükəsizlik adı altında hakimiyyətə müxalif olan və mollaların qondarma qanunlarına əməl etməyən kimliyindən və cinsindən asılı olmayaraq kütləvi surətdə günahsız insanları həbs edərək, son günlərə qədər heç kimə məlum olmayan yerlərə apararaq ağır fiziki və ruhi işgəncələrə məruz qoyurlar. Şahidlərin və bu fəlakətdən sağ çıxanların dediyinə əsasən bu yerin adı “Kəhrizək”dir. Həmin yer Tehranın yaxınlığında olan Kərəc şəhərinın ərazisi hesab olunur, bu təcridxanada heç bir kamunal şərait yoxdur, nə su, nə tualet, nə işıq, nədə yemək və ya yatmaq üçün heç bir imkan yoxdur. Orada insanları ölüncə döyürlər, yaralı vəziyyətdə toplum halda havasız yerə salırlar, əksər hallarda orada saxlanılan insanlar aldıqları bədən xəsarətindən, aclıqdan, havasızlıqdan və başqa səbəblərdən ölürlər. Buradan çətinliklə sağ çıxanlar, ya Evin həbsxanasına, ya da Qohərdəşt həbsxanasına yerləşdirilir, amma onların əksəriyyəti nədən və hansı ittihamla həbs olduqlarını bilmirlər. Son günlərdə 18 nəfər qadın həmin təcridxanada ağır işgəncə və ağır şəraitdə saxlandığından, yəni qadınlar üçün nəzərdə tutulan xüsusi kantinerdə uzun müddət havasız və dözülməz işgəncə, natəmizlik və s. nəticəsində öldürülüblər. Orada ölənlər naməlum yerlərdə kütləvi surətdə dəfn olunurlar. Kəhrizək təcridxanasında ölənləri məmurlar narkoman və ya intihar nəticəsində öldüklərini deyirlər. Məlumata görə, bu təcridxana təxminən iki ildir ki, fəaliyyət göstərir və bu qeyri-insani yerin kameraları artırılır. Bununla yanaşı Tehranın Xaksefid məntəqəsindədə bu tipli yeni təcridxananın tikilişinə başlanıb. Kəhrizək təcridxanasında saxlanılanlar bildiriblər ki, Tehran polisinin rəisi Radan ardıcıl olaraq həmin təcridxanaya gəlir və oradakı işgəncə verən məmurları yaxşı işlədiklərinə görə mükafatlandırır. Şahidlərin dediyinə görə hal hazırda həmin təcridxanada yüzlərlə günahsız insan saxlanılır və onların durumu çox ağırdır.dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar