SON XƏBƏRLƏR

Edvard Nalbandyan: “Madrid təkliflərinə heç bir dəyişiklik edilməyib”

2021.10.20, 07:36
Edvard Nalbandyan: “Madrid təkliflərinə heç bir dəyişiklik edilməyib”

Gunaz.tv
Edvard Nalbandyan: “Madrid təkliflərinə heç bir dəyişiklik edilməyib” edvardnalbandyan.jpg İrəvan-APA. “ATƏT-in Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü Madrid təkliflərinə hər hansı dəyişiklik edilməyib”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan söyləyib. O, Madrid təkliflərinə yenidən baxılacağı və müəyyən dəyişikliklər ediləcəyi ilə bağlı məlumatların əsassız olduğunu bildirib: “Madrid təkliflərinə edilən dəyişikliklərlə bağlı sənədin guya Ermənistan Xarici İşlər Nazirliyinə daxil olması xəbəri də əsassızdır. Biz yalnız Madrid təkliflərinə dair kağız almışıq ki, bura da təkliflərin mahiyyətinin dəyişməsindən söhbət getmir. Danışıqlar prosesində bu kimi kağızların gəlməsi adi haldır. Əgər biz hər aldığımız kağızda yazılanları bəyan etsək, o zaman danışıqlar aparmağın mahiyyəti qalmayacaq. Biz dialoq prosesini Madrid təklifləri əsasında davam etdiririk”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar