SON XƏBƏRLƏR

ABŞ prezidenti Corc Buş Əfqanıstana gəlib

2021.10.20, 07:36
ABŞ prezidenti Corc Buş Əfqanıstana gəlib

Gunaz.tv
ABŞ prezidenti Corc Buş Əfqanıstana gəlib ABŞ prezidenti Corc Buş əvvəlcədən elan edilməmiş səfərlə Əfqanıstana gəlib. Amerika dövləti başçısının təyyarəsi Kabil yaxınlığındakı Bahram hərbi hava limanına gecə saatlarında enib. Buşun Əfqanıstanın prezidenti Həmid Kərzai ilə danışıqlar aparacağı və bu ölkədə xidmət edən Amerika hərbçiləri ilə görüşəcəyi gözlənilir. --------------------------------------------------------------------- Ordumuzun mövqeləri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşə məruz qalıb Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15-də saat 00.35-dən 00.40 - dək və 05.00-dən 05.30 -dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı, Sarıcalı və Çəmənli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.20 -dən 02.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar