SON XƏBƏRLƏR

Norveçin Oslo şəhərində də 21 Azərin 63-ci ili və İnsan haqlarının 60 –cı il dönümü ilə bağlı seminar keçirilib

2021.10.20, 07:36
Norveçin Oslo şəhərində də 21 Azərin 63-ci ili və İnsan haqlarının 60 –cı il dönümü ilə bağlı seminar keçirilib

Gunaz.tv
Norveçin Oslo şəhərində də 21 Azərin 63-ci ili və İnsan haqlarının 60 –cı il dönümü ilə bağlı seminar keçirilib seminar2-2.jpg DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən 13 dekabr 2008-ci il tarixində Norveçin Oslo şəhərində yaşayan Güney azərbaycanlıları tərəfindən 1945-ci ildə qurulan Milli Hökümətin 63-cü il dönümü və İnsan haqlarının 60-cı ili münasibətiylə seminar və şənlik mərasimi keçirilib. Seminara cıxışçı olaraq, qatılan Norveç Helsinki komitəsinin sözcüsü, xanım Berit Lindeman öz çıxışında Iranda və özəlliklə Güney Azərbaycanda İnsan haqları durumundan danışaraq Güney Azərbaycan milli hərəkətin mədəni və sivil bir hərəkət olduğunu vurğulayaraq, eyni zamanda milli hərəkətin Birləşmiş Millətlərin İnsan haqqları bəyannaməsi doğrultusunda mübarizənin olduğunu qeyd edibr. Xanım Berit Güney Azerbaycanda insan haqları uğrunda aparılan bu mübarizəni uluslararası qurum və quruluşlarda yetirincə tanıda bilmədiklərimizdən təəccübləndiyini söyləyib. Xanım Berit çıxışının sonunda Səməd Vurğunun “cəllad sənin qalaq-qalaq yandırdığın kitablar” şeirini Norveç dilində tərcüməsini oxuyub. Seminarda gorüntülər və qısa sənədli filmlər də göstərilib. Daha sonra seminarda iştirak edən soydaşlarımız tərəfindən çıxışçılara 21 Azer hərəkatı ilə bağlı və İnsan haqlarının 60-cı il dönümü ilə bağlı suallar verilib. Tədbirdə Norveç siyasi partiyalarından, Kültür dərnəklərindən, türk dünyasından qonaqlar da istirak edib, tədbirin ikinci hissəsiində Azərbaycan klassik və xalq mahnıları da səsləndirilib

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar