SON XƏBƏRLƏR

BARAK OBAMANI BİR DƏ SEÇƏCƏKLƏR

2021.10.20, 07:36
BARAK OBAMANI BİR DƏ SEÇƏCƏKLƏR

Gunaz.tv
BARAK OBAMANI BİR DƏ SEÇƏCƏKLƏR th110815052.jpg Dekabrın 15-də ABŞ-da prezident seçkisinin 2-ci mərhələsi keçiriləcək. Seçilmiş prezident Barak Obamaya bu dəfə Seçənlər Kollegiyası səs verəcək. 538 nəfərlik kollegiya ştatların Senat və Nümayəndələr Palatasında təmsilçiliyinə proporsional yaradılıb. Noyabrın 4-də ümumxalq səsverməsində seçicilər konkret namizədlərə yox, namizədəlrin yerlərdəki təmsilçilərinə səs veriblər. Qələbə üçün 270 səs kifayət eləsə də, Barak Obama 365 səs alaraq dövlət başçısı seçilib. Bu gün formal səsvermədən sonra nəticələr Konqresin yuxarı palatası olan Senatın başçısına – vitse-prezident Riçard Çeyniyə göndəriləcək. Yanvarın 6-da Konqresin ümumi toplantısında nəticələr təsdiqlənəcək və yeni prezidentin adı rəsmən elan olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar