SON XƏBƏRLƏR

ABŞ ORDUSUNU İRAQDAN ÇIXARIR

2021.10.20, 07:36
ABŞ ORDUSUNU İRAQDAN ÇIXARIR

Gunaz.tv
ABŞ ORDUSUNU İRAQDAN ÇIXARIR Müdafiə naziri Robert Geyts: “Gələn il qoşunların sayı ciddi şəkildə ixtisar olunacaq” 5611.jpg ABŞ-ın müdafiə naziri Robert Geyts İraqda aparılan hərbi kampaniyanın başa çatmaqda olduğunu bəyan edib. “Röyter”in xəbərinə görə, dünən Bağdada səfər edən Geyts Amerika qoşunları qarşısında çıxışı zamanı deyib ki, İraqdakı qüvvələrin ixtisar edilməsi prosesi artıq başlayıb. Onun sözlərinə görə, gələn ilin sonunadək İraqdakı Amerika əsgərlərinin sayı kəskin azalacaq. “Biz qüvvələrin ixtisarı prosesinə başlamışıq. İraqdakı Amerika qoşunlarının vəzifələri haqda danışarkən mən onu deyə bilərəm ki, biz artıq yekun fazaya daxil olmuşuq”. Geyts əlavə edib ki, 2011-ci ilədək Amerika qoşunları İraqdan bütünlüklə çıxarılmalıdır. Amerikanın İraqdakı qüvvələrinin komandanı general Rey Oderino isə deyib ki, qoşunların çıxarılmasından sonra hərbçilərin bəzi qrupları İraq şəhərlərində qalaraq yerli hərbi qüvvələrə təlim verəcəklər. Lakin onlar döyüş əməliyyatlarına qatılmayacaq. Geneeral qeyd edib ki, gələn il İraqda seçkilər keçiriləcək və Amerika qüvvələrinin əsas vəzifəsi seçkilər dövründə təhlükəsizliyi təmin etmək olacaq. Lakin Pentaqon rəhbərliyi İraqda nə qədər Amerika əsgərinin qalacağını deməyib. Hazırda İraqda 150 min Amerika əsgəri var. İraqa səfərdən əvvəl Robert Geyts NATO qüvvələrinin komandanlığı ilə danışıqlar aparmaq üçün Əfqanıstanda olub. Britaniyanın baş naziri Qordon Braun da ötən şənbə günü Əfqanıstana səfər edib. ABŞ və Britaniya İraqdakı qüvvələrin bir hissəsini “Taliban”a qarşı hərbi əməliyyatları genişləndirmək üçün Əfqanıstanda yerləşdirməyi nəzərdə tutur. Xəbər xidməti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar