SON XƏBƏRLƏR

21 Azer günü Güney Azərbaycan İnsan Hüqüqlari Komitəsi tərəfindən Danimarka dövlətində qeyd edilmişdir.

2021.10.20, 07:36
21 Azer günü Güney Azərbaycan İnsan Hüqüqlari Komitəsi tərəfindən Danimarka dövlətində qeyd edilmişdir.

Gunaz.tv
21 Azer günü Güney Azərbaycan İnsan Hüqüqlari Komitəsi tərəfindən Danimarka dövlətində qeyd edilmişdir. Danimarkada fəaliyyət göstərən Güney Azərbaycan İnsan Hüqüqlari Komitəsi Güney Azərbaycan Milli Hökümətinin yaranmasının 63 illiyi ilə bağlı (21 Azer)tədbir keçirmişdi.Güney Azərbaycan İnsan Hüqüqları Komitəsinin təmsilcisi Şahin Ostajloo (Ustaclı) verdiyi məlumata görə tədbir qabaqcadan deyildiyi kimi kulturhus kappelvacnget 2 (hosle bibliotek) 8210 artus adlə məkanda baş tutmuşdur.Tədbir 4 dörd saat davam etmişdir. Təbirdə iştiraki gözlənilən Milli fəal Mahmud Bilgin(İsvec) səhhətinin nasaslığı və nəticədə onun tədbirə qatılmasına imkan verməmişdir. Tədbir qabaqcadan müəyyənləşdirilmiş proqramla davam etmişdir.çıxışcilar Güney Azərbaycan milli hökümətinin tarixindən onun bir il ərzində gördüyü işlər barədə danışmışlar. Son vaxtlar Güney Azərbaycan baş verən milli azadlıq hərəkatı ilə bağli fikirlərdə səslənmişdir.Tədbirdə iştirak edənlər Günəy Azərbaycan Milli Azadlıq hərəkatı uğrunda şəhid olmuş milli fəalları və bu yaxınlarda İran xüsusi xidmət orqanları tərəfindən sui-qəsdə salınaraq öldürürlən mühəndis Qulamrza Əmani də anılmışdır. Tədbirin ən maraqlı cəhətlərindən biridə bu yaxınlarda həbs edilən jurnalist Şahnaz Qulami və İran höküməti tərəfindən Güney Azərbaycanda milli fəallara qarşı həyata keçirilən həbslər və işgəncələrlə bağlı hər ay Danimarka parlamentinə məlumat vermək ücün komitə yaradılmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar