SON XƏBƏRLƏR

Azərbaycan Avropanın Enerji İttifaqına üzv ola bilər

2021.10.20, 07:36
Azərbaycan Avropanın Enerji İttifaqına üzv ola bilər

Gunaz.tv
Azərbaycan Avropanın Enerji İttifaqına üzv ola bilər Azərbaycan Avropanın Enerji İttifaqının üzvü ola bilər. «Utro» informasiya agentliyinin məlumatına görə, bununla Avropa artan enerji tələbatının ödənilməsi üçün Azərbaycanın imkanlarından bəhrələnmək istəyir. Rusiyanın mavi yanacağın qiymətini artıracağı ilə bağlı bəyənatları Avropa İttifaqını yeni bazarlar axtarışına vadar edib. Üzvlüyün yaxın vaxtlarda baş tutacağı bildirilir. ------------------------------------------------------------------ MİSİRDƏ YOL QƏZASINDA 52 NƏFƏR ÖLÜB, 10 NƏFƏR İSƏ AĞIR YARALANIB misir_avtobus.jpg Misirdə ötən gün baş verən yol qəzasında ölənlərin sayı 52 nəfərə çatıb. 10 nəfərin isə ağır yaralandığı bildirlirir. Hadisə Misirin El-Minya bölgəsindən Beni-Sueyfə hərəkət edən avtobusun aşması nəticəsində baş verib. Bəzi mənbələrin Misir rəsmilərinə istinadən verdiyi məlumata görə, avtobusun aşmasına sürətli dönüşlər səbəb olub. Avtobus su kanalına düşüb. Elə sərnişinlərin çoxu da su kanalında boğularaq ölüb. Hadisə yerinə 20-yə qədər təcili yardım maşını və xilasedicilər gəlib. Qəzanın baş verdiyi avtobusda 70-ə qədər sərnişin olub. /İctimaiTV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar