SON XƏBƏRLƏR

Azərbaycan OPEK toplantısına dəvət alıb

2021.10.20, 07:36
Azərbaycan OPEK toplantısına dəvət alıb

Gunaz.tv
Azərbaycan OPEK toplantısına dəvət alıb 20081016065129oil-opec-afp12.jpg Bu o deməkdir ki, Azərbaycanda çıxarılan neft dünya bazarında hansısa bir yer tutub. Enerji məsələləri üzrə ekspert Seymur Əliyev Azərbaycan, Rusiya, Suriya, Oman OPEK-in toplantısına dəvət alıblar Azərbaycan ilk dəfə olaraq OPEK-in gələn həftə Əlcəzairdə keçiriləcək toplantısına dəvət olunub. Bu toplantıda neftin qiymətinin aşağı düşməsi fonunda hasilatın azaıdılması müzakirə ediləcək. Azərbaycan Rusiya, Suriya, Oman ilə birlikdə OPEK üzvü olmayan 4 dövlətdən biri kimi tədbirə qatılacaq. Dünya neft hasilatının 42 faizini təmin edən OPEK-ə daxil olan 13 dövlət artıq bir dəfə hasilatın azaldılması barədə qərar veriblər. Amma bu qərar bir barreli 147 dollardan kəskin aşağı düşən qiymtələrin qalxmasına ciddi təsir göstərmədi. Hazırda “Brent” markalı neftin bir barrelinin qiyməti 46 dollara satılır. OPEK-in Əlcəzairdən olan təmsilçisi Şakib Xəlil bildirib ki, 13 dövlət yenidən neft hasilatını azaltmaq qərarını müzakirə edəcəklər və artıq bu məsələ ilə bağlı ilkin konsensus əldə olunub. Azərbaycan Rusiya, Suriya və Oman ilə birlikdə dekabrın 17-də keçiriləcək toplantıya müahidəçi qismində dəvət olunub. Enerji məsələləri üzrə ekspert Seymur Əliyev biildirir ki, bu dəvətin Azərbaycan üçün əhəmiyyəti böyükdür. “Bu o deməkdir ki, Azərbaycanda çıxarılan neft dünya bazarında hansısa bir yer tutub.” Azərbaycanın dünya neft hasilatında ümumi payı o qədər də yüksək deyil. Yanacaq və energetika naziri Natiq Əliyev bu günlərdə bildirmişdi ki, hazırda ölkədə sutkada 850 min barrel neft ixrac olunur. Müqayisə üçün deyək ki, keçən il OPEK ölkələrinin sutkalıq neft haislatı 35 milyon barrel həcmində olub. Amma Seymur Əliyevin fikrincə, Azərbaycan öz neft ixracı ilə Aralıq dənizi regionunda mühüm mövqedə qərarlaşıb. Sənaye və Energetika Nazirliyindən bildirdilər ki, hazırda qurumdan OPEK tədbirinə kimin gedəcəyi müəyyənləşdirilir və bu barədə məlumat bazar ertəsi açıqlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar