SON XƏBƏRLƏR

TÜRKMƏNİSTANDA PARLAMENT SEÇKİSİ BAŞA ÇATIB

2021.10.20, 07:36
TÜRKMƏNİSTANDA PARLAMENT SEÇKİSİ BAŞA ÇATIB

Gunaz.tv
TÜRKMƏNİSTANDA PARLAMENT SEÇKİSİ BAŞA ÇATIB turkmenistan_secki.jpg Ölkənin mərkəzi seçki komisiyasının məlumatına görə, seçicilərin 93 faizi səsvermədə iştirak edib. Səsvermənin gedişini Türkmənistan tarixində ilk dəfə olaraq MDB, BMT və ATƏT-dən müşahidəçilər izləyib. Müşahidəçilər hələ ki ilkin rəylərini açıqlamayıb. Bununla belə, seçkinin dinc şəraitdə keçirildiyi bildirlir. Seçki ilə bağlı Türkmənistan ərazisində 2 min 118, xaricdə isə 27 seçki məntəqəsi fəaliyət göstərib. Qeyd edək ki, 125 yerlik parlamentdə 288 namizəd mübarizə aparıb. Türkmənistan Mərkəzi Seçki Komissiyası 10 gündən gec olmayaraq, seçkinin rəsmi nəticələrini mətbuatda dərc etməlidir. /İctimaiTV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar