SON XƏBƏRLƏR

GÜNDƏLİK TƏLƏBAT MALLARININ İDXALI ARTIB . Əhmədinijat isə narahatlığa əsas görmür

2021.10.20, 07:36
GÜNDƏLİK TƏLƏBAT MALLARININ İDXALI ARTIB . Əhmədinijat isə narahatlığa əsas görmür

Gunaz.tv
GÜNDƏLİK TƏLƏBAT MALLARININ İDXALI ARTIB Əhmədinijat isə narahatlığa əsas görmür S.SOLTAN İran sənaye və mədənlər üzrə ticarət palatası kənd təsərrüfatı komissiyasının başçısı Məhəmmədhüseyn Kərimpur İSNA-ya müsahibəsində deyib ki, kənd təsərrüfatı və gündəlik tələbat malların idxalının artması cidd narahatlığa səbəb olub. O bu məhsulların idxalının acı nəticələrinin olacağı barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, hazırda ərzaq məhsullarının idxalının artması dünya bazarında bu malların ucuzlaşması və ölkə daxilində inflyasiyanın artması ilə əlaqədardır. Nəticədə isə İranda istehsal edilən məhsullar idxal olunanlarla rəqabətə davam gətirmir və daxili istehsal azalır. Ölkə prezidenti Mahmud Əhmədinijat isə İran televiziyasında çıxışında deyib ki, irəli sürdüyü iqtisadi islahatlar layihəsinin müzakirəyə çıxarılacağına ümidvardır. Həmin layihəyə əsasən, bir sıra mallara tətbiq olunan subsidiyalar ləğv edilməli, əvəzində vətəndaşlara nağd pul şəklində subsidiyalar ödənilməlidir. Onun sözlərinə görə, Valyuta Ehtiyatı Fondunda yetərincə maliyyə vəsaiti var: "Bu baxımdan vəziyyətimiz yaxşıdır. Bu fondda hazırda 23 milyard dollar pulumuz var. Bu gün neft havayı satılsa belə, həmin vəsait hesabına ölkəmizi daha üç il idarə edə bilərik". Parlamentin sədri Əli Laricani isə bu iqtisadi islahat layihəsini tənqid edərək ölkədə iqtisadi böhranın daha da dərinləşəcəyini, gündəlik tələbat malları və çeşidli xidmət növlərinin üç-dörd dəfə bahalaşacağını söyləmişdi. Onu da xatırladaq ki, ABŞ və Avropa Birliyinin Tehran hakimiyyətinə qarşı BMT Təhlükəsizlik Şurasından ayrıca, birtərəfli, yeni sanksiya qəbul etməyə hazırlaşdığı bir zamanda bu münasibətlərə dair xəbərlər az maraq kəsb etmir. Bir müddət öncə yayılmış xəbərlərdə bildirilirdi ki, İran ABŞ-dan 350 milyon dollar dəyərində bir milyon ton taxıl almağı planlaşdırır. Bununla da o, cari ildə ştatlardan ən çox taxıl alan dövlət olacaqdı. Tehran taxıl idxal etdiyini, o cümlədən bunu ABŞ-dan aldığını gizlətmir. Amerika Kənd Təsərrüfatı Nazirliyi mütəxəssislərinin hesablamalarına görə, qarşıdan gələn il üçün İslam Respublikasında taxıl 20 faiz, yaxud 12 milyon ton az toplanıb. Onu da qeyd edək ki, İran Kanadadan 1,5 milyon ton, Qara dəniz hövzəsi dövlətlərindən o qədər, Avropa ölkələrindən isə bir milyon ton taxıl alır. Bu xəbərin az qala səhəri günü İranın ticarət naziri Məsud Mirkazım ingilis dilli "Press TV"-yə müsahibəsində bildirib ki, ABŞ-dan taxıl idxalını bərpa etməyiblər. Onun sözlərinə görə, İslam Respublikası Kanada və bəzi Avropa dövlətlərindən bu məhsulu satın alır. Xatırladaq ki, 1979-cu il fevral inqilabından sonra Tehran Vaşinqtondan taxıl almayıb. İnqilaba qədər Amerika İrana müxtəlif illər ərzində 150 mindən 1,3 milyon tona qədər taxıl satıb.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar