SON XƏBƏRLƏR

İran adlanan yer yenə vasitəçilik təklif edir

2021.10.20, 07:36
İran adlanan yer yenə vasitəçilik təklif edir

Gunaz.tv
İran yenə vasitəçilik təklif edir rzosgsog.jpg Nasir Həmidi Zare: “Tehran Dağlıq Qarabağ münaqişəsinin həllində öz potensialından istifadə edə bilər” İran İslam Respublikasının Azərbaycandakı səfiri Nasir Həmidi Zare Fələstində vəziyyətin gərginləşməsi ilə əlaqədar mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, səfir bildirib ki, müsəlman dövlətləri, eləcə də dünyanın müstəqil və azad ölkələri Fələstində baş verən soyqırımın qarşısının alınması və Qəzza zolağı sakinlərinin mühasirəsinə son qoyulması istiqamətində effektiv addımlar atmalıdır. Sualları cavablandıran diplomat İran-Azərbaycan münasibətlərinin gələcəyini çox aydın və uğurlu gördüyünü deyib. İranla İsrail arasında müharibənin baş verməsi ehtimalına dair sualı cavablandıran Həmidi Zare bu adda ölkə tanımadıqlarını vurğulayaraq müharibə ehtimalını boş söhbət adlandırıb. O, Nizami Gəncəvinin İranda fars şairi kimi qələmə verilməsinə dair suala cavabında bu tipli insanların bütün bəşəriyyətə məxsus olduğunu söyləyib: “Hər kəs Məhəmməd Peyğəmbəri özününkü bildiyi kimi, çox böyük şəxsiyyət olan Nizami də bütün dünya mədəniyyətinə məxsusdur”. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında İranın vasitəçilik etmək istəyinə gəlincə, səfir bildirib ki, İranın bununla bağlı Azərbaycana böyük təklifləri olub: “Azərbaycan və Ermənistan münaqişənin həllinə səy göstərir. İran da bu məsələdə özünün potensialından istifadə edə bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar