SON XƏBƏRLƏR

Avropa Birliyi strateji qərara qəbul etdi

2021.10.20, 07:36
Avropa Birliyi strateji qərara qəbul etdi

Gunaz.tv
Avropa Birliyi strateji qərara qəbul etdi apilbdbt.gif Qurum 2020-ci ilə qədər enerjidən asılılığını 60 faiz azaltmaq qərarına gəldi Avropa Birliyi liderləri qlobal istiləşməyə qarşı planı yekdilliklə qəbul edib. Bu barədə Fransa prezidenti Nikola Sarkozi Brüsseldə keçirilən ikigünlük sammitin yekununda keçirilən mətbuat konfransında məlumat verib. Sarkozi planı bu cür izah edib: «Məqsəd eynilə qalır: 2020-ci ilə qədər 20, 20, 20. Yəni qarşıdakı 11 ildə istixana qazları 20 faiz azaldılmalı, enerjidən istifadədə 20 faiz qənaət edilməli və ümumi enerji sərfində 20 faiz bərpaolunabilən enerji mənbələrindən istifadə edilməlidir. Avropa Birliyinin prezidentliyi və Avropa Komissiyası artıq qeyd edib ki, indiki iqtisadi böhran təbiətin qorunması üçün tədbirlər görülməməsinə səbəb ola bilməz. Bu, indiyə qədər qlobal istiləşməyə səbəb olan istixana qazlarının azaldılmasına dair qəbul edilən ən iddialı qərardır». Avropa Birliyinin keçmiş kommunist respublikası olan doqquz üzvü narahatdır ki, istixana qazlarının azaldılması cəhdləri onların onsuz da hələ tam möhkəmlənməmiş iqtisadiyyatlarına ciddi təsir edə bilər. Böyük Britaniyanın Baş naziri Qordon Braun isə deyib ki, Avropa Birliyi liderləri həmçinin qlobal maliyyə böhranına qarşı mübarizə üçün 200 milyard avroluq həvəsləndirmə paketini də razılaşdırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar