SON XƏBƏRLƏR

TÜRKİYƏ AZƏRBAYCANI "ALTAY" TANKI LAYİHƏSİNƏ CƏLB EDİR

2021.10.20, 07:36
TÜRKİYƏ AZƏRBAYCANI "ALTAY" TANKI LAYİHƏSİNƏ CƏLB EDİR

Gunaz.tv
TÜRKİYƏ AZƏRBAYCANI "ALTAY" TANKI LAYİHƏSİNƏ CƏLB EDİR 38230_1 Ankara Bakı ilə hərbi əməkdaşlığını gücləndirir C.MƏZAHİROĞLU Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi, ordu generalı Hasan İğsızın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-də Azərbaycana səfərə gələcək. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Müstəşarlığının beynəlxalq əlaqələr şöbəsinin müdiri Lütfi Varoğlu məlumat verib. H.İğsızın heyətində Baş Qərargahla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin müxtəlif birləşmələrinin yüksəkrütbəli zabitləri, həmçinin Müdafiə Sənayesi Müstəşarlığının nümayəndələri təmsil olunacaqlar. Nümayəndə heyətinin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə, həmçinin müdafiə sənayesi naziri Yavər Camalovla, digər dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə ediləcək. "Ayna"ya daxil olan məlumatlara görə, görüşlər çərçivəsində Türkiyə və Azərbaycan arasında birgə müdafiə sənayesinin qurulması ətrafında fikir mübadiləsi aparılacaq. Bu zaman Türkiyənin istehsal etdiyi "Altay" tankı layihəsinə Azərbaycanın hərbi sənaye kompleksinin cəlb olunması imkanları araşdırılacaq. Qeyd edək ki. H.İğsız əvvəllər 2-ci ordunun komandanı olub. Bu ilin avqust ayında Baş Qərargahın ikinci rəisi vəzifəsinə təyin edilib. Bu, İğsızın Baş Qərargahın ikinci rəisi olaraq Azərbaycana ilk səfəridir. Bu arada yayılmış digər məlumata görə, Türkiyə Azərbaycanın hava hücumlarından müdafiə sisteminin modernləşdirilməsində iştirak etmək niyyətindədir. Proses ölkələr arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq həyata keçiriləcək. Artıq bu məqsədlə son 5 ay ərzində Azərbaycan mütəxəssislərinin Türkiyəyə ardıcıl səfərləri həyata keçirilib. Səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Türkiyənin müvafiq strukturlarının fəaliyyəti ilə tanış olaraq təcrübə mübadiləsi aparıblar. Məlumata görə, əməkdaşlıq çərçivəsində Azərbaycanın Hava Hücumlarından Müdafiə Strategiyası hazırlanacaq. Bu sənədin tərkib hissəsi olaraq yaxın bir neçə il ərzində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının əsas bazaları yenidən qurulacaq, hava məkanına nəzarət sistemləri (radarlar) təkmilləşdiriləcək, mərkəzi radar məntəqəsi NATO standartlarına uyğun şəkildə modernləşdiriləcək. Həmçinin Türkiyə və Azərbaycanın HHMM-ləri arasında məlumat mübadiləsi sistemi yaradılacaq. Qeyd edək ki, bundan əvvəl NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (IPAP) çərçivəsində Azərbaycan HHQ-nin 2 aerodromu, Hərbi Dəniz Qüvvələrinin Mərkəzi İdarəetmə Məntəqəsi ABŞ tərəfindən NATO standartlarına uyğun modernləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar