SON XƏBƏRLƏR

İran rejiminin Ərdəbil vilayəti ilə bağlı abadlaşdırma vədələrinin yalan olduğu sübut olundu

2021.10.20, 07:36
İran rejiminin Ərdəbil vilayəti ilə bağlı abadlaşdırma vədələrinin yalan olduğu sübut olundu

Gunaz.tv
İran rejiminin Ərdəbil vilayəti ilə bağlı abadlaşdırma vədələrinin yalan olduğu sübut olundu İranda ilin doqquz ayı ötəndən sonra, Ərdəbil vilayəti ilə bağlı olan abadlaşdırma layihələrinin əksəri ya dayandırılıb, ya da onların birdəfəlik ləğv olunma təhlükəsi var. Məlumat üçün qeyd edək ki, haqqında söhbət gedən layihələr İranın 9 - cu dövləti, yəni Əhmədnijadın başda olduğu iqtidarın Ərdəbilin məhrumiyyət içərisində olan vilayətinə qiymətli hədiyyə sayılırdı. Amma çox təəssüf, Miyana -- Ərdəbilin dəmiryol, Beləsuvarda neft istehsal, Xalxal şəhərində Siman fabrikasının bərpası layihəsi və s. Bu layihələrə ayrılan büdcənin azlığı və həmçinin bu layihələrlə çalışan firmaların tələblərinin ödənməməsi bais olub haqqında söhbət gedən layihələr dayandırılıb və hətta təhlükə var ki, birdəfəlik ləğv olunsun. Bu qara taley Ərdəbilin " Neft - kimya " layihəsinə də ölüm kölgəsi salıb. Xatırladaq ki, bu layihə ilə bağlı Əhmədinijadın hakimiyyəti böyük təbliğat aparıb, hay - küy salmışdı. Belə qərara alınmışdı ki, layihənin həyata keçirilməsi ilə bağlı 500 milyard tümən büdcə ayrılıb və 4 ilin ərzində Neft - kimya fabriki yaranacaq və 100 nəfər orda çalışacaq. Amma bu təbliğat hay - küyünün əksinə olaraq, əməldə dövlət ancaq 30 milyard tümən layihəni başlamaq üçün pul ayırmışdı. Məbləğin az olması bais olub layihənin həyata keçirilməsinə ciddi maneə yarana. Baxmayaraq ki, Ərdəbilin məhrumiyyətlər içərisində olan vilayətində abadlaşdırma layihələrinin dayandırılması ilə bağlı konkret məlumat var, amma utanmadan bu vilayətdə çalışan hökümət adamları tez - tez və çox vaxt da ziddiyyətli məqamlarda layihələrin həyata keçirilməsindən xəbər verirlər. Təəccüblənməyə lüzum yoxdur, çünki İranın gözlənilməz dövlət olduğu hamıya çoxdan məlumdur. O, verdiyi sözü yerinə yetirərsə, onu tanıyanlar çaşar. Xəbərin qaynağına aşağıdakı linkdə baxa bilərsiniz: https://www.ina-irannews.com/News-Details.aspx?newsId=16297&back=0&catid=1

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar