SON XƏBƏRLƏR

Alternativ Türkmənistan . Berdıməhəmmədov Türkmənbaşının sistemini öz zövqünə uyğunlaşdırır

2021.10.20, 07:36
Alternativ Türkmənistan . Berdıməhəmmədov Türkmənbaşının sistemini öz zövqünə uyğunlaşdırır

Gunaz.tv
Alternativ Türkmənistan Berdıməhəmmədov Türkmənbaşının sistemini öz zövqünə uyğunlaşdırır dunya.jpg Türkmənlər müstəqillik əldə etdikdən ilk dəfə olaraq alternativ qaydada ölkə parlamentinə seçkilər keçirməyə hazırlaşırlar. Onlar bazar günü 288 namizəd arasından 125 deputat seçəcəklər. Seçkilərin ikinci özünəməxsusluğu bir də ondadır ki, prosesi ilk dəfə olaraq ATƏT, BMT və MDB İcraiyyə Komitəsinin nümayəndələri müşahidə edəcəklər. Ölkə prezidenti Qurbanqulu Berdıməhəmmədov dünya ictimaiyyətini əmin edib ki, proses demokratik və beynəlxalq standartlara uyğun keçiriləcək. Dövlət başçısı bu bəyanatının ardınca 390 məhbusun əfv olunması barədə də qərar qəbul edib. Cinayətkarlarla yanaşı, siyasi baxışlarına görə həbs edilənlər də azad olunanlar arasındadır. Ümumiyyətlə, Türkmənistanda parlament xalq arasında "prezidentin möhürü" imicini qazanıb. Yerli qanunlar namizədləri vətəndaşların, ya da partiyaların irəli sürməsinə imkan verir. Amma indi Türkmənistanda namizəd irəli sürəsi bir partiya qalmayıb. Keçmiş Türkmənistan Kommunist Partiyasının varisi indi Türkmənistan Demokrat Partiyasıdır və ona prezident başçılıq edir. Bundan başqa, prezident Berdıməhəmmədovun rəhbərliyində "Qalkınış" adlı bir hərəkat da var. Orada əsasən hökumətyönlü ictimai təkşilatlar birləşiblər. Başqa partiyalar 1990-cı illərdən - hələ Türkmənbaşının zamanından sıxışdırılıb, ya çox kiçik narazı qruplar halına salınıb, ya da ümumiyyətlə, ölkədən qovulublar. "Nezavisimaya qazeta"nın müxbiri seçkiyə bir neçə gün qalmış Aşqabadda olub və səfər təəssüratlarını qəzet səhifələrində bölüşüb: "Türkmənistanın mərhum prezidenti "xalqın atası" Saparmurad Niyazovun portretlərinə az-az rast gəlinir. Bir vaxtlar əsas atribut hesab edilən Türkmənbaşı sıradan çıxmağa başlayıb". Seçkilərə hazırlıq dövrünü Hərb və Sülh Hesabatları İnstitutu da izləyib. Layihənin Mərkəzi Asiya üzrə direktoru Con Makleod "BBC"yə bununla bağlı fikirlərini bölüşüb. Onun qənaətincə, hazırkı prosedurlar əsasən əvvəlki seçkilərdə baş verənləri xatırladır: "Bütün bunlar Berdıməhəmmədovun vədlərinə uyğun gəlmir. O, Konstitusiyaya bir sıra düzəlişlərin, parlamentin tərkibinin genişləndirilməsinin və nəzəri cəhətdən tərkibin daha çeşidli edilməsinin təşəbbüskarı oldu". Lakin onun parlamentlə bağlı dəyişikliklər etmədiyi vurğulanır. Əksəriyyəti maraqlandıran Türkmənistanın Xalq Məsləhət Şurasının ləğv olunub-olunmayacağıdır. Bu qurumun fəaliyyəti qeyri-müəyyəndir. Lakin rəsmi olaraq o, parlamentdən yuxarıda durur. Əksər müşahidəçilər bu qənaətdədir ki, rəsmi Aşqabad beynəlxalq müşahidəçiləri investorları ölkəyə cəlb etmək üçün dəvət edib. Onların qənaətincə, investorları sistemin demokratikliyi o qədər də qayğılandırmır: "Onları daha çox investisiyalarının sığortası maraqlandırır. Çox güman ki, investorlara belə bir təminatlar veriləcək. Vəziyyətin əslində necə olacağını isə bəlkə də heç kim bilmir". Müxalifət qruplarından biri bildirir ki, 22 faizlə inkişaf edən və böyük ərazisi, 5 milyondan bir az artıq əhalisi olan Türkmənistanda vətəndaşın dolanışığı indiyə qədər gərək Küveyti keçmiş olaydı: "Bu qədər neft-qaz çıxarırıq, bu qədər satırıq, gərək hər şey açıq olsun, xalq bilsin ki, nədən nə qədər qazanc oldu və hara xərclənir. Əgər biz 22 faizlə inkişaf ediriksə, gərək indi Küveyti keçəydik". Oktyabrın 31-dən bəri namizədlər təbliğat kampaniyası keçirirlər. Kampaniya isə mitinqlər və yürüşlərlə deyil, yalnız televiziya çıxışlarında və iclas salonlarında gedir. Televiziya ilə çıxış edən namizədlərdən biri prezidentin qərarlarının daha yaxşı yerinə yetiriləcəyinə və vətəndaşların su, elektriklə daha yaxşı təmin olunmasına çalışacağına söz verir. Əslində indi Türkmənistanda su, elektrik, qaz və bir də duz pulsuzdur. Amma pulsuz olan bu şeyləri tapmaq elə də asan məsələ deyil. "Azadlıq" radiosunun türkmən xidmətinin əməkdaşı Məhəmməd Tahirin dediyinə görə, indi hətta paytaxt Aşqabadda bircə yerdə daimi su var. O da paytaxtın gözəl fontanlarıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar