SON XƏBƏRLƏR

NATO hərbi təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

2021.10.20, 07:36
NATO hərbi təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Gunaz.tv
NATO hərbi təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. NATO Baş katibinin köməkçisi Klaudio Bisonero hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini ölkənin rəsmi şəxsləri ilə müzakirə etmək üçün Azərbaycana səfərə gələcək. «Azərbaycan və NATO-nun münasibətləri olduqca mühümdür və son vaxtlar bu münasibətlər möhkəmlənir və mənim Bakıya səfərim buna aydın sübutdur»,-deyə cümə günü TrendNews-a Bisonero bildirib. NATO Baş katibinin köməkçisi səfər zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov və Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmək niyyətindədir. Görüşlərdə Azərbaycan və NATO arasında dialoqun dərinləşdirilməsi imkanları və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar