SON XƏBƏRLƏR

GÜNAZ TV-nin 21 Azər proqramları üzərinə . Güntay Gəncalp

2021.10.20, 07:36
GÜNAZ TV-nin 21 Azər proqramları üzərinə . Güntay Gəncalp

Gunaz.tv
Güntay Gəncalp GÜNAZ TV-nin 21 Azər proqramları üzərinə - GÜNAZ TV bu il tam fərqli politika izləməkdədir. Bunun sonucu necə olar bilər. Yəni müxaliflər də TV-də görüş bildirirlər. - GÜNAZ TV bu davranışları ilə “ulusal açıdan demokrasinin fəlsəfəsi nədir?” sualına cavab vermişdir. Bilirsiniz ki, bizim demokrasi təcrübəmiz olmamışdır. Demokrasi bilgi olmaqdan daha çox bir davranış konusudur. Davranışın təsiri bilgidən daha dərin və ətraflıdır. Çünkü bilgini qavramanın, mənimsəmənin mekanizmi daha mürəkkəbdir, ancaq davranışa tanıq olmaq çətin iş deyildir. Əslində bir fenomenin üç boyutu var: Bilgi, davraniş, hədəf. Bilgisiz davranış olmaz. Bilgi və davranışla bir yerdə hədəfə doğru yürümək və ya hədəfi idrak etmək mümkündür. Bu açıdan GÜNAZ TV-nin son günlərdəki xoşgörülü davranışı çox öyrəticidir. - 21 Azər konusu ilə bağlı həddindən çox xoşgürüyə meydan verildi. Bəzi iranpərəst yaşlı adamlar da öz görüşlərini TV dolayısıyla təbliğ edə bildilər. - Bu yaşlılar dediyiniz kimlərdir? Onlar da Türkdürlər, 21 Azər olaylarının tanıqları olmuşlar. Onların hansı bucaqdan olaya baxmasından, gələcəyə baxmasından asılı olmayaraq, yaxın tariximizin öyrənilməsi açısından bu söhbətlər çox önəmli. Ayrıca, bizim millət TV vasitəsi ilə “açıq cəmiyyət” nədir sualına da cavab tapmış olur. Bu proqramlar bizim ulusumuzun tarix anlayışını, demokratik davranma təcrübəsini artırır. TV-nin 21 Azər olayları ilə ilgili hazırladığı proqramlar milli məfkurənin genişləməsi açısından çox önəmli oldu. Nədən çox onəmli oldu, deyə sora bilirsiniz. Birinci ona görə ki, 21 Azər olayı dəyişik bucaqlardan baxılaraq eninə-uzununa incələndi. Yəni sırf bu olayla bağlı gərkən bilgilər cəmiyyətin diqqətinə sunuldu. Bu bilgilər hesabına o zamankı durumumuz və əksikliklərimiz haqqında bilgiləndik. Bu əksikliklər təşkilatçılıqdan, iqtisadiyatdan tutmuş, ideoloji boşluqlara qədər hər sahəni içərməkdədir. Eyni zamanda o zamankı böyük dövlətlərin olayla bağlı mövqelərini, fars faşizminin hiyləgərləyi haqqında ətraflı məlumat verildi. Bu bilgiləri əldə etmək bizim milli hərəkətimizin yazqısı və gələcəyi açısından çox önəmlidir. Çünkü bu əksikliklərin bir qismi bu gün də mövcud ola bilər. Bu əksiklikləri ortadan qaldırmanın tək yolu onun haqqında elmi bilgi əldə etməkdir. İkincisi də budur ki, TV-nin bu proqramları vasitəsi ilə seyircilər ümumiyətlə tarix metodolojisi haqqında bilgiləndilər. Bu, özlüyündə tamaşaçıya tarixi olaylara dəyişik açıdan yanaşma tekniyini öyrədir. Əlbəttə bizim milli ilkələrimiz var. Bu ilkələr çeynənmədən demokratik tutum sərgiləmək yaxşı nəticələr verə bilər. TV-nin bu proqramları toplumun aydınlanmasında çox etkili oldu. Milli hərəkət demokrasinin açıq cəmiyyət prinsipinə uyum sağlamalıdır. Bu yolda GÜNAZ TV-nin müsbət və yaradıcı təsiri var. Əgər biz ulusal qurtuluşumuza inanır və qurtuluş üçün ulusumuzun gərəkən enerjiyə sahib olduğunu biliriksə, çəkinməyə gərək yox. Tariximizdə utanacaq bir şey yoxdur. Örnəyin əgər 21 Azər söyləmlərində mütləq Azərbaycanı qurtarmaq yerinə İrana da azadlıq istəmişlərsə, burada utanacaq bir şey yoxdur. Yəni özgürlüyün miqyasını daha geniş olaraq düşünmüşlər. Bəlkə bu, 21 hərəkəti öncülərin tənqid ediləsi tərəfləri kimi görünə bilər, ancaq utanası bir iş deyildir. Bu da bir tarixi təcrübəmizdir. İndi artıq bilgili insanlarımızın da miqdarı artmış. O zaman bu qədər intellektual səviyəmiz yox idi. Bəzi əksiklikləri də bəlkə zamanın özəlliyi olaraq görmək gərəkir. Ulusal aydınlanmada GÜNAZ TV şovinizmin oluşdurduğu bütün qaranlıqları aydınlığa qovuşdurur. Önəmli olan da budur. Yəni önəmli olan fikrən aydınlığa qovuşmaq və şovinizmin yaratdığı fikir əsarətindən qurtulmaqdır. Çünkü son yüz ilə baxdığmızda bir önəmli təsbitdə buluna bilərik ki, bizim hər zaman vurucu gücümüz olmuş, ancaq fikrən məğlub olmuşuq. İndi bu proqramlar hər şeydən öncə fikri baxımdan qələbənin sağlanması üçün imkan hazırlayır. Son dönəmlərdə GÜNAZ TV-nin fəaliyəti milli hərəkətin ən böyük başarısı olmuşdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar