SON XƏBƏRLƏR

Azərbaycan İslam Partiyasının sədri: “Azərbaycandakı İsrail səfirliyi bağlanmalıdır”

2021.10.20, 07:36
Azərbaycan İslam Partiyasının sədri: “Azərbaycandakı İsrail səfirliyi bağlanmalıdır”

Gunaz.tv
Azərbaycan İslam Partiyasının sədri: “Azərbaycandakı İsrail səfirliyi bağlanmalıdır” Bakı. Elnur Məmmədli – APA. Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov Fələstinin Qəzza bölgəsində yaşayan əhalinin 15 gündür İsrail ordusu tərəfindən mühasirəyə alınması ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, partiya sədri bildirib ki, Fələstində dünya tarixində az görünən faciələrdən biri baş verə bilər. O, 15 gündür Qəzzada yaşayan 1,5 milyon əhaliyə elektrik enerjisi, qaz verilmədiyini, bölgədə qida çatışmazlığı yarandığını, insanların aclıqdan və soyuqdan əziyyət çəkdiyini deyib. M. Səmədovun fikrincə, İsrail hakimiyyəti fələstinlilərin iradəsini qırmağa və onların öz torpaqlarını tərk etməsinə çalışır. AİP lideri dünya birliyini, müsəlman dövlətlərini və Azərbaycanın siyasi qüvvələrini bu haqsızlığa etiraz etməyə çağırıb. O, Azərbaycanın İsraillə münasibətlərinə aydınlıq gətirməsini də vacib sayıb: “Cəmi bir neçə müsəlman dövləti var ki, həmin dövlətlərdə İsrailin səfirlikləri fəaliyyət göstərir. Onlardan biri də Azərbaycandır. İsrailin Azərbaycandakı səfirliyi bağlanmalı, bu dövlətlə bütün əlaqələr kəsilməlidir”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar