SON XƏBƏRLƏR

FRANSANIN İRANDAKI SƏFİRİNƏ PREZİDENT SARKOZİDƏN ŞİKAYƏTLƏNİBLƏR

2021.10.20, 07:36
FRANSANIN İRANDAKI SƏFİRİNƏ PREZİDENT SARKOZİDƏN ŞİKAYƏTLƏNİBLƏR

Gunaz.tv
FRANSANIN İRANDAKI SƏFİRİNƏ PREZİDENT SARKOZİDƏN ŞİKAYƏTLƏNİBLƏR Fransanın İrandakı səfiri Bernar Pulti dünən İran Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdə səfirə Fransa prezidentinin dörd gün əvvəl iranlı həmkarı Mahmud Əhmədinejad barədə söylədiyi təhqiramiz sözlərə kəskin etiraz bildirilib. Fransa prezidenti Nikola Sarkozi Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60-cı ildönümü münasibətilə etdiyi çıxışında Əhmədinejad haqda belə ifadələr işlədib: «Mənimçün İsrailin dünya xəritəsindən silinməsini istəyən bir şəxslə əl vermək, onunla masa arxasında oturub müzakirə aparmaq mümkün deyil. Əhmədinejad İran xalqının nümayəndəsi deyil. İran xalqı dünyanın ən qədim sivilizasiyalarından birinə malik böyük, sivil bir xalqdır. Bu xalqın bədbəxtliyindəndir ki, indi İrana onun hazırkı rəhbərləri hakim olub». «Media forum» saytının məlumatına görə, Tehrandakı səfirlə görüşdə ona Sarkozinin İran rəhbərlərinə qarşı diplomatik qayda və nəzakətdən kənar çıxış etdiyi və bu kimi çıxışların iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyi bildirilib. Belarus paytaxtı Minskdə səfərdə olan İranın xarici işlər naziri Mənuçehr Mottaki isə jurnalistlərə açıqlamasında Fransa prezidentinin çıxışına etiraz bildirərək rəsmi Parisi öz siyasətini yenidən yenidən nəzərdən keçirməyə çağırıb: «Vaşinqton siyasətlərinin ardınca getdiyi üçün Fransanın beynəlxalq aləmdəki imicinə ciddi xələl gəlib».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar