SON XƏBƏRLƏR

TƏBRİZDƏ HAVAYA ÜÇRƏNGLİ AZƏRBAYCAN BAYRAĞIYLA BƏZƏDİLMİŞ ŞARLAR BURAXIBLAR

2021.10.20, 07:36
TƏBRİZDƏ HAVAYA ÜÇRƏNGLİ AZƏRBAYCAN BAYRAĞIYLA BƏZƏDİLMİŞ ŞARLAR BURAXIBLAR

Gunaz.tv
TƏBRİZDƏ HAVAYA ÜÇRƏNGLİ AZƏRBAYCAN BAYRAĞIYLA BƏZƏDİLMİŞ ŞARLAR BURAXIBLAR Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1945-ci il azər ayının 21-də (dekabrın 12-si) qurulmuş Azərbaycan milli hökumətinin 63-cü ildönümü Təbrizdə geniş qeyd olunub. Mərasim mülki geyimli ETTELAAT əməkdaşları və hüquq-mühafizə qüvvələrinin ciddi nəzarətdə saxladığı küçələrdə çox ağır şəraitdə keçib. «Media forum» saytının məlumatına görə, dünən hökumət qüvvələri günortadan başlayaraq Təbrizin bütün əsas küçə və meydanlarını nəzarətə götürərək mərasimin keçirilməsinə mane olsalar da, Azərbaycan milli kimliyi uğrunda mübarizə aparan gənc fəallar axşam saat 9-dan küçələrə axışaraq vətəndaşları təbrik etməyə başlayıblar. Məlumatda bildirilir ki, təbrizli fəallar havaya Azərbaycanın üçrəngli bayrağı və yazılı şüarlarla bəzədilmiş işıqlı şarlar buraxaraq şəhər əhalisinə bayram ovqatı yaşadıblar. Milli fəallar şəhərin müxtəlif məntəqələrində şirniyyat paylayıblar və bir sıra mənzillərdə şənlik mərasimləri keçiriblər. Mərasimə qatılan fəalların həbsi ilə bağlı hər hansı bir məlumat yayılmayıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar