SON XƏBƏRLƏR

Bu gün(13 dekabr) Bakıda yaşayış binasında baş verən partlayışda 3 nəfər ölüb, 4 nəfər yaralanıb

2021.10.20, 07:36
Bu gün(13 dekabr) Bakıda yaşayış binasında baş verən partlayışda 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Gunaz.tv
Bu gün Bakıda yaşayış binasında baş verən partlayışda 3 nəfər ölüb, 4 nəfər yaralanıb bina_03.jpg Daxili İşlər Nazirliyi Nizami rayonunda baş vermiş partlayışla bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi Nizami rayonunda baş vermiş partlayışla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, bu gün saat 08.30 radələrində Nizami rayonu 8-ci km-dəki bazarın yaxınlığında, Naxçıvanski küçəsindəki 6 girişli 5 mərtəbəli 34 nömrəli binanın 2-ci girişində, ilkin məlumatlara əsasən təbii qazın sızmasından partlayış baş verib. Nəticədə 2-ci girişdə 4 və 5-ci mərtəbələr dağılıb, 1, 2 və 3-cü mərtəbələr isə çöküb. Saat 11.00-a olan məlumatlara əsasən 4 nəfər xəsarət alıb, 3 nəfər isə ölüb. Bakı şəhər prokuroru Əziz Seyidov isə ANS PRESS-ə bildirib ki, dağıntılar altından Vtalik adlı şəxsin cəsədi çıxarılıb. O, partlayış baş verən mənzildə qeydiyyatda olmayıb. «Digər iki nəfərin cəsədi isə hələ də dağıntılar altındadır. Onların çıxarılması üçün tədbirlər davam edir». Əziz Seyidov partlayış nəticəsində üç yaralının olduğunu da bildirib. Lakin prokuror dağıntılar altında başqa yaralıların olmasını istisna etməyib. Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 222.3 maddəsi ilə cinayət işi başlanılıb: «Hadisəyə görə cinayət məsuliyyətinə cəlb edilənlərin olması mümkündür». Ə. Seyidov bildirib ki, tikinti aparılan zaman texniki qaydaları pozan şəxs məsuliyyətə cəlb ediləcək. "Hazirda istintaq gedir. İstintaqdan sonra dəqiq məlumat veriləcək. Hadisə yerində FNH, DİN və prokurorluğun əməkdaşları müayinələr və ekspertizalar aparır. Yaralılardan ikisinin şəxsiyyəti isə məlum olub: Fuad Mahmudov və 22 yaşlı Fürzət Kərimov yanıq və kəllə beyin travmaları alıblar. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar