SON XƏBƏRLƏR

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılacaq

2021.10.20, 07:36
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılacaq

Gunaz.tv
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılacaq kazaxstan.jpg 2009-cu ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi iki dəfə artırılacaq. Bu məqsədlə Qazaxıstan tərəfi azərbaycanlı iş adamlarını ölkəsinə dəvət edib. Azərbaycanın əməkdaşlıq etdiyi 130 ölkə arasında ticarət dövriyyəsinin həcminə görə Qazaxıstan 16-cı yerdədir. Bu il iki ölkə arasındakı alqı-satqı əməliyyatları 400 milyon dollar olub. Amma bu rəqəm real imkanları əks etdirmir. Əməkdaşlığı genişləndirmək məqsədilə Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov azərbaycanlı iş adamları ilə görüşüb. Görüşdə «Qazaxıstanın 30 korporativ lideri» proqramı çərçivəsində həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib. Yerli iş adamları bu layihələrdə iştirak etməyə dəvət edilib. Hazırda Qazaxıstanda 54 milyard dollar dəyərində 45 layihə həyata keçirilir. Gələn il isə daha 3 milyard dollarlıq yeni infrastruktur layihələri işlənəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar