SON XƏBƏRLƏR

M.Harasti rəsmi Bişkəki BBC və Azadlığı bağlamamağa çağırır

2021.10.20, 07:36
M.Harasti rəsmi Bişkəki BBC və Azadlığı bağlamamağa çağırır

Gunaz.tv
M.Harasti rəsmi Bişkəki BBC və Azadlığı bağlamamağa çağırır 20071101125549miklush_harasti203.jpg Miklos Harasti Qırğızstanda xarici radiostansiyaların yayımı tam həcmdə bərpa olunmalıdır, deyir ATƏTin media azadlığı üzrə nümayəndəsi. ATƏTin Media Azadlığı üzrə nümayəndəsi, Miklos Harasti, Qırğızıstanda "Azadlıq" (RFE/RL) radiosu və BBC Qırğız xidmətinin yayımının müvəqqəti bağlanmasıyla əlaqədar narahatlığını bildirib. " Qırğız cəmiyyəti üçün həm "Azadlıq" radiosu, həm BBC nüfüzlu ictimayi informasiya mənbələridir. Onların bağlanması ATƏT-in media sahəsində əsas prioriteti sayılan plüralizm üçün itki olardı", - deyib Harasti. Qırğızıstan Xarici İşlər Naziri Ednan Karabayevə məktubunda, Miklos Harasti Milli Televiziya və Radio Yayım Şirkətinin "Azadlıq" radiosu və televiziyası (RFE Television and Radio ) və BBC Qırğız xidmətinin verilişlərinin müvvəqəti dayandırılmasını "Qırğızstan hökümətinin aparmaq istədiyi demokratik dəyişikliklərdən geriləmə" kimi səciyyələndirib. "BBC Qırğz xidmətinin verilişlərini müvəqqəti olaraq 10 dekabr 2008-ci il tarixdən bərpasını alqışlayıram, baxmayaraq ki onların kontraktı hələlik uzadılmayıb", - deyib Harasti. "Bu radioların yaxın gələcəkdə öz fəaliyyətini tam şəkildə bərpa edə bilmələri üçün, mən hakimiyyət dairələrini, həm "Azadlıq" radiosu, həm BBC-nin kontraktlarını uzatmağa dəvət edirəm",- deyib Harasti.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar