SON XƏBƏRLƏR

Şamil Basayevin silahdaşı Qroznida həbs olunub

2021.10.20, 07:36
Şamil Basayevin silahdaşı Qroznida həbs olunub

Gunaz.tv
Şamil Basayevin silahdaşı Qroznida həbs olunub Qronçı-APA. Qroznıda çeçen mücahidlərinin lideri Şamil Basayevin dəstəsinin üzvü olmuş şəxs həbs edilib. APA-nın məlumatına görə, saxlanan şəxsin 1996-cı ildə Basayevin təşkilatçılığı ilə federal qüvvələrə qarşı əməliyyatlarda aktiv iştirak etdiyi bildirilir. Basayevin silahdaşı Qroznının Oktyabr rayonu ərazisində həbs olunub. Bundan başqa çeçen səhra komandiri Vadilovun silahdaşlarından biri də könüllü olaraq çeçen milislərinə təslim olub. ----------------------------------------------------------------------- Hindistanda 2 hektar ərazidə “erməni ərik bağı” salınacaq Dehli-APA. Gələn ilin yazında Hindistanda 2 hektar ərazidə “erməni ərik bağı” salınacaq. APA-nın məlumatına görə, bununla bağlı Ermənistan Kənd Təsərrüfatı Nazirliyi ilə Hindistanın müvafiq qurumları arasında razılaşma ötən həftə başa çatan Ermənistan-Hindistan biznes forumunda əldə olunub. Ermənistan kənd təsərrüfatı nazirinin birinci müavini Samvel Avetisyan bu ilin yazında Hindistana mütəxəssis göndərdiklərini bildirib. Ölkənin iqlim xüsusiyyətlərini araşdıran erməni mütəxəssisi “erməni ərik bağı”nın salınması üçün Kəşmir ərazisinin daha uyğun olduğu qənaətinə gəlib. İki ölkənin dostluq münasibətlərinin simvolizə edən ərik bağları bundan əvvəl Çin (5 hektar) və Suriya (2 hektar) ərazisində də salınıb. Qeyd edək ki, meyvə bağlarının da milliyyətinin olmasını “erməni xalqı” kəşf edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar